Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO


Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO\
Orta məktəb illərində, müəllim bizə “sənin üçün xoşbəxtlik nədir” sualına bir cümlə ilə cavab verməyimizi istəmişdi. O zaman məktəb yaşlı uşaq xoşbəxliyi, evdə, maşında, nə bilim bahalı-bahalı şeylərə sahib olmaqda görürdü. Qəribədir ki, o zaman heç düşünmədən suala:- “birilərinə yardım edib, onu sevindirə bilərəmsə, özümü xoşbəxt sayaram”- cavabını yazmışdım. Bəlkə taleyimizi şüurumuzun bizdən asılı olmayaraq bizə diktə etdirdiyi o kəlmələr müəyyən edir. Və…

Bu sözlər Sabir Həbibovun Moskva Millətlər evində 65 illik yubileyi münasibətilə keçirilən gecədə, ona yaşadılan bu unudulmaz günün sonunda dediklərindəndir.

O gecənin əvvəlində isə…
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

Tibb elmləri doktoru, professor, Rusiyanın “Əməkdar həkimi” Sabir Həbibovun 65 illik yubileyinə həsr olunmuş gecə onun həyat və yaradıcılığından bəhs edən qısa sənədli filmin nümayişi ilə başlandı.

“Uzun illər Siz öz peşənizlə insanların sağlamlığına xidmət etməklə, həm də Rusiyada Azərbaycan xalqının imicinin möhkəmlənməsinə böyük töhvə vermisiniz. Sizə bu yolda uzun ömür, can sağlığı və uğurlar arzulayıram”. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloglunun bu təbrikli məktubunu səfirliyin müşaviri Aqşin Əliyev səsləndirdi.

Gecənin aparıcısı jurnalist Cəfər Sadıq tədbirə toplaşanları salamlayaraq, -“2016-cı il, artıq iki həftəlik qədəmləri ilə dünyamızda addımlayır, bu arada dollarla rublun savaşı, neftin enməsi məsələsini düşünməyin, bunlar da keçər deyib bir kənara qoyun, həkim olan yerdə sağlıq olar, deyiblər”-deyə məclisi açdı.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

Sabir həkimin doğulduğu, bu gün işğal altında olan Kəlbəcərin füsunkar təbiətinin müxtəlif güşələrini nümayiş etdirən kardlardan təsirlənən Nəsib Nəbioğlu kövrək duyğularını dilə gətirdi.

“Əlində cərrah bıçağı tutan bu insan haqqında bəlkə onun qəddar biri olduğu kimi düşünürsünüz. Əlsində o, Kəlbəcər adı çəkiləndə uşaq kimi gözləri dolub ağlayan, Vətənini, onun insanını sevən kovrək, həssas, yumşaq ürəyə sahib bir insandır”.

Şair Nəsib Nəbioğlu Sabir Həbibovla uzun illərin dostu olduğundan söz açaraq, onun doğulduğu kəndin adlı-sanlı, cəsur, qorxmaz insanlar yetişdirdiyini söylədi. “Sabir də elinin insanının adını ucaldan, ona fəxr gətirən oğullardandır”-dedi. Dostunu yubiley münasibətilə təbrik edərək, ona həsr etdiyi şeiri oxudu.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Sabir Həbibovun ailəsinin yaxın dostu, hüqüqşünas Məmməd Quliyev təbrik nitqində Sabiri 50 ildən çoxdur tanıdığını dedi.

“Mən Ağdamdan olsam da, bir yanım Kəlbəcərlidir və orta məktəbə oxumağa ora gedib gəlmişm”. Məmməd Quliyev Sabirin sədaqətli, ləyaqətli, elmə-mədəniyyətə bağlı bir ailənin böyük uşağı olduğunu bildirərək- “Bu gün seçdiyi sahədə-həkimlikdə, cərrahlıqda uğurlu olması məhz ailədən gələn genlə bağlıdır”-deyib, ona uzun ömür arzuladı.

Gecədə təbriklər, arzular bir-birinə calandı.
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Texnika elmləri doktoru, professor Kamran Rüstəmov:

“Azərbaycan təbabətinin tarixinin 7 min ildən çox tarixi var. Həkim söz, bitki və bıçağı ilə müalicə edir. Şabir bu hər üç metodu bir arada istifadə edə bilən həkimlərdəndir. Elmlər doktoru, professor da olmaq olar. Amma, əsl həkim adını qazanmaq hər kəsə müyəssər olan deyil. Sən əsl həkim, hətta həkimlərin həkimisən”.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
H.Əliyev Fondunun Moskva nümayəndəliyinin aparat rəhbəri Tamilla Əhmədova:

“Tanrı ona hərtərəfli istedad bəxş edib. Deyirlər Tanrının əli seçilmişlərdən olan, istedad verdiklərinin başı üstündə olur. Mən deyərdim ki, Tanrı əlini Sabir həkimin başı üstündə tutmaqla kifayətlənməyib, onu hər zaman sığallayıb. Onu bizə sevdirən, əsl həkim, insanlıq qayğısını kimsədən əsirgəmədən onun bizləri sevməsidir. Siz həyatınızı nəinki insanların həyatını xilas etməyə, onu saxlamağa həsr etmisiniz. Unikal metodların müəllifi kimi, tibb elminin inkişafına böyük töhvə vermisiniz”
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

Tanınmış juranlist Azər Cahangirov:

“Sabir Həbibov, siz xalqınız üçün nadir nüsxələrdən birisiniz!”

Sabir Həbibovun özünün 01.01.1951-ci ildə belə sıralanmış rəqəmlərdən ibarət doğüm gününə skeptik yanaşdığının sirrini açan Cəfər Sadığın həkim dostunun həyatından maraqlı epizodları şirin və baməzə dillə nağıl etməsi də gecənin rənginə rəng qatırdı.

Çıxışçıların çoxu həkimlə necə tanış olduqlarını xatırlayırdılar.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

1331 saylı etnik-təmayüllü məktəbin direktor müavini Validə Məmmədova, Sabir Həbibovun təkcə həkim deyil, muğam mütəxəssisi oldugunu bir təsadüf şəklində öyrəndiyi məqamı anlatdı. “Qlinka adina Musiqi muzeyində H.Əliyev fondu sərgi keçirirdi. Azərbaycan müğamları toplanmış disk də həmin sərgidə nümayiş olunurdu. Orada Sabir həkimlə Nəsib Nəbioğlu arasında keçən söhbəti eşitdim. Həkim, “keşkə bu disk məndə olsaydı…”-dedi. O zaman onun nə qədər bizim müğamlara sevgisi olduğunu anladım”.

Validə müəllimə özündə olan o diski həkimə hədiyyə etdi.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Dünya Azərbaycalıları Konqressinin sədri Mirəşrəf Fətiyev də uzun illər əvvəl Sabir həkimin işlədiyi xəstəxananın başqa şöbəsində əməliyyatqabağı tanış olduğunu söylədi. “O zaman orada bir azərbaycanlı cərrahın işlədiyini dedilər.Yanına getdim və tanış oldum. O qədər doğma və mehriban davrandı ki mənimlə. Bu günə qədər də o mehribanlıq davam edir”.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

Şair İlham Bədəlbəyli həkimin yubileyində onun doğulduğu, həsrətində olduğu Kəlbəcərə həsr etdiyi şeiri söylədi.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

Şair Sultan Mərzili isə, həkimin yubileyinə hədiyyə olaraq qardaşı, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun rəngli boya ilə çəkdiyi portreti hədiyyə etdi.
Gecədə digər şıxış edənlər Rusiyanın tanınmış simaları siyahısına adını yazdıran azərbaycanlı həkim Sabir Həbibovun qürur qaynağımız olduğunu təkrarlayıb, insanların xilasına yönəlmiş bu müqəddəs yolda ona can sağlığı, uzun ömür dilədilər.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

Jurnalistlərin dostu olan həkimi təbrik edən media nümayəndələri- Anar Həsənov, Tünzalə Vəliqızı da çıxışlarında belə bir mötəbər tədbirdə jurnalistlərə də söz verib, müasir dövrdə hörmətdən düşən jurnalistikanı yüksəklərə qaldırdıqları üçün təşəkkür etdilər.

Sonda bütün çıxışları dinləyərək onlardan təsirləndiyini qeyd edən yubilyar belə bir gecəni ona yaşadan təşkilatçılara- H.Əliyev Fonduna, onun Moskva bölməsinin rəhbəri Leyla Əliyevaya, aparat rəhbəri Tamilla xanıma, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə ayrılıqda təşəkkürünü bildirdi.
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

“ Sizləri dinlədikcə, düşünürəm ki, hədər yaşamamışam. Bundan böyük xoşbəxtlik yoxdur. Uşaqlıqdan başqalarını sevindirə bilmək arzum reallaşdığı üçün daha bir arzum qalmayıb”-deyən həkim,- sadəcə son bir arzum doğuldugum Kəlbəcərdə ömrü başa vurmaqdır-dedi. Və bu hüznlü notlara şən çalar qataraq, “Axı, indi həkimə də eytitac var” sözləriylə nitqini tamamladı.

Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO

Gecənin rejissoru “Dərviş” teatrının rəhbəri Mərdan Feyzullayev, nəğməli qonağı isə həkimin dostu Azərbaycanın əməkdar artisti Sərxan Sərxan, Həsən Hüseynov, Bəxtiyar Abışov mahnıları ilə tədbiri daha da şənləndirdi.

Gecəni yubilyarın ad gününü dəqiqləşdirməyə “həsr etmiş” aparıcı araşdırmaların müxtəlif nəticələr verdiyinə görə 1951-cı ili bütünlükdə Sabir Həbibovun doğum ili, yeni başlanmış 2016-cı ili isə “Sabir ili” elan etdiyini bildirərək gecəyə yekun vurdu.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, tanınmış həkimlər, ziyalılar, ictimai xadimlər iştirak edirdilər.

Tünzalə Vəliqızı, 14.01.2016
/Yenises.ru/

FOTOLAR YENİSES.RU-nundur
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO
Sabir Həbibov 65 illik ömrün hesabatı: Sevinirəm ki, hədər yaşamamışam. FOTO


Bir cavab yazın