Samarada “Azərbaycan Mədəniyyəti günləri” çərçivəsində ADR-in 103 illiyi münsibətilə möhtəşəm gecə keçirilib
Şirvan Kərimovun sədrlik etdiyi Samaradakı Azərbaycan diasporu Qarabağ Zəfərindən sonra Demokratik Respublikamızın yaranması gününü möhtəşəm tədbirlə qeyd edib.
Samara şəhər dairəsi administrasiyasının dəstəyi və Samara vilayəti Azərbaycanlıları Liqasının təşəbbüsü, təşkilatçılığı ilə 28 May Azərbaycan Demokratik Respublikasının (ADR) 103-cü ildönümü münasibətilə keçirilən qələbə ruhlu tədbir elə “Qələbə” mədəniyyət sarayında baş tutub.
Pandemiya dövründə təmirə görə dayandırılmış Samara şəhər “Qələbə” Mədəniyyət sarayı qapılarını vilayət qubernatorunun hədiyyəsi olaraq təmənnasız ilk azərbaycanlılaırn təntənəli gecəsi üçün açıb.
“Azərbaycan Mədəniyyəti günləri” çərçivəsində Samara Quberniyasının 170 və ADR-in yaranmasının 103 və eləcə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş təntənəli bayram gecəsində Samara vilayəti hökümət nümayəndələri, ictimai xadimlər və müxtəlif millətlərin təmsil olunduğu milli-mədəni ictimai təşkilatların liderləru, fəalları iştirak ediblər.
Üç tarixi ildönümünün bir arada keçirildiyi üç hissədən ibarət o tədbirı də üç dövlət telekanalı- Rusiya Dövlət Teleradioşirkətinin “Rossiya”, Samara viayətinin “Quberniya”, və Samara şəhərinin “GİS” kanalı işıqlandırıb.
Onu da qeyd etmək yerinə düşər ki, Samara vilayətində ənənəyə çevrilmiş “Azərbaycan Respublikası günləri” Samara bölgəsi və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmmiyyətli rol oynayır və xalq diplomatiyasının aktiv vasitəçiliyi ilə vətəndaş cəmiyyəti institutları arasında geniş perspektivlər açılmasına imkan yaradır.
Təntənəli musiqli bayram gecəsininin şeirli-nəğməli qonaqları tədbirə ev sahibliyi edən Smara Azərbaycanlıları Liqası nəzdində fəaliyyət göstərən yaradıcı kollektivlər olub.
Dahi Nizaminin 880 illiyinə həsr olunmuş ədəbi məclisdə onun yaradıcılığından danışılıb, şeirləri, qəzəlləri səsləndirilib. “Respublika günü”nə həsr olunmuş konsert proqramı LİQA-nın nəzdində fəaliyyət göstərən “Xəyal” və “Alpan” rəqs kollektivlərinin maraqlı, rəngarəng rəqsləri ilə keçib.
Gecənin nəğməli qonaqları da yenə Samara vilayəti Azərbaycanlıları Liqasının yetirmələri, Beynəlxalq musiqi festivallarının laureatları –Aida Əkbərova, İntiqam Abdullayev, Liqa idarə heyətinin üzvləri Rövşən Quliyev və Asif Bakinskinin bir-birindən gözəl ifaları ədəbi-musuqili gecənin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Və sonunda bunu demədən keçmək olmaz. İllər əvvəl “Biz haradayıqsa Azərbaycan və onun ayrılmaz hissəsi Qarabağ da bizmlədir, ordadır” nisgilli nidası hopmuş “Qarabag şikəstəsi” ilə bitən bayram gecəsi bu dəfə “Qarabağ Azərbaycandır” coşqulu sevinclə yekunlaşıb.
Samaranın “Qələbə” adlı sarayından Qələbəyə ad- ünvanı olan Azərbaycana Samara Vilayəti Azərbaycanlıları Liqasından salam olsun! Bu səpkili tədbirlərə layiqli imzasını qoyan Şirvan Kərimovun rəhbərlik ediyi Rusiyanın seçilən, fəaliyyətləri örnək olan təşkilat təqdir və təşəkkürünü “Rossiya” dövlət kanalında xəbər olmaqla alıb.
Tünzalə Vəliqızı
Yenises.ru