Solovyev Satanovskini kanalından qovub
“Solovyev Live” kanalının təsisçisi Vladimir Solovyev şərqşünas Yevgeni Satanovski RF xarici işlər nazirini təhqir etdiyi üçün knaından uzaqlaşdırdığını deyib.
O, bu haqda öz Telegram kanalından məlumat yayıb.
Bir müddət əvvəl internetdə yayımlanan videoda Satanovski bəyan edir ki, “Zaxarova yəhdləri sevmir, İsrailə isə nifrət edir”.
Solovyev Satanovskinin sözlərinə görə RF Xarici işlər nazirliyyindən, Boqdanovdan və Zaxarovdan üzr istəyib.
“Mən Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etdirmək imkanını görmürəm və Evgeni Yanoviç Satanovskini kanalımızdan uzaqlaşdırmaq qərarına gəldim”, – Solovyev videomüraciətində bildirib.
Oktyabrın 19-da Yevgeni Satanovski İctimai Xəbərlər Xidmətinə müsahibəsində bəyan edib ki, Qəzza zolağı ətrafında vəziyyətlə bağlı İsrail və İran arasında birbaşa toqquşma həm bu ölkələri, həm də bütün Yaxın Şərqi məhv edə bilər.
Maraqlı məqam isə, elə bu Solovyevin kanalından və proqramından Satanovskinin dəfələrlə Azərbaycanı təhqirlə erməni tərəfini tutmasına göz yummasıdır. Daş ona dəyəndə baş dözmürmüş.
Yenises.ru