Survivor-2021 yarışmasının Poyraz tərəfdarı Rəşid Behbudovun mahnısı ilə “Günü aydınlatdı”


Twitterdə 11  minə yaxın izləyicisi olan Hardlyanyjuice  hesabının sahibi   Survivor 2021 yarışmasının Mavi komanda oyunçusu Poyrazın dəstəkçisidir. O həm də  Yigit Alp Poyraz (YPFC) fan qrupunu (tərəfdarlarını) yönəldənlərin başında gəlir. Hər kəsin Dara deyə müraciət etdiyi bu şəxs bu gün qrupdakıları Azərbaycanımızın ölməz sənətkarı  Rəşid Beybutovun “Küçələr su səpmişəm” manhısı ilə salamlayıb.

Əlsində sovet dönəmində  səsi-sənəti ilə  Azərbaycan hüdudlarını aşmış  korifey sənətkarımızın mahnılarının onu sevənlər tərəfindən paylaşılmasında qeyri-adi bir şey yoxdur.  Amma bəlli sayda  izləyicisi olan birinin bu paylaşımının ardından  izləyicilərinin  də Azərbaycanın digər tanınmış müğənnilərini xatırlatması, musiqimizə müraciət etməsi keçmişləri yada salmaq adına gözəl addımdır.

Dara-nın paylaşımına qarşılıq olaraq  Müslüm Maqomayev, Şövkət Ələbbərova, Nərminə Məmmədova, Polad Bülbüloğlu, Sevda Ələkbərzadə və digər azərbaycanlı müğənnilərin ifasında  musuqimizi  dinlətmək təklifləri   xoş və qürurvericidir.

Onu da qeyd etmək yerinə düşər ki,  öncə “Gönüllülər” indi də “Mavi takım” adı altında  yarışanların tərəfdarlarından (fanlarından)  biri də ötənlərdə Azərbaycan prezidenti İlahm Əliyevin bir təbiri ilə  “Nooldu….”-deyə  qarşı komandaya mesaj göndərmişdi.

Xatırladaq ki, “Survivor” Türkiyədə  AcunMediyanın layihəsi oaraq uzun illər sürən bir  yarışma proqramıdır. Və ən reytinqli telelayihə  kimi hər il yüksək pillədə yer alır.

Yenises.ru  


Bir cavab yazın