Tanınmış jurnalist “Yağış”dan çıxıb


Tanınmış jurnalist   “Yağış”dan   çıxıb
Pozner “Dojd” telekanalından çıxma səbəbini açıqlayıb. “İzvestiya” ya açıqlamasında getməsinə üç amilin səbəb olduğunu deyib.

“Birincisi “Birinci kanal”ın auditoriyası bir neçə milyondur, “ParfenovPozner” verilişını apardığım “Dojd” telekanalınınkı isə bir neçə minlərlə hesablanır. İkincisi “Pozner” verlişini çox sevirəm. Üçüncüsü isə “Birinci kanal” mənə daha şox əmək haqqı ödəyir”. “Ümumiyyətlə həyat- seçim deməkdir”-deyə qeyd edib telejurnalist.

“izvestiya” qəzetinin verdiyi məlumata görə “Dojd” telekanalında onun yerini ola bilsin ki, Sobçak tutacaq. “Dojd” telekanalının baş direktoru Natalya Sindeeva bu məlumatı təkzib edib. “RİA Novosti”yə layihədə Pozner adı olduğundan onun bağlanacağını bildirib. Amma kanalda Sobşak və Pafenovun iştirakı ilə yeni bir layihənin başlayacağını da qeyd edib.

Xatırladaq ki, “ParfenovPozner” telelayihəsi iki aydı mövcud idi.

/Yenises.ru/


Bir cavab yazın