Tarixin çiyinində köçən TARİX- İLBER ORTAYLI


Azerbaycan Türkçəsini nədən sevəriz? Çünkü bizim dilimizin gənçliğidir. Hərkəs gençliğini sevər.
İlber Ortaylı

İlber Ortaylının vəfatı bütün türk dünyasını dərin hüznə boğub. Sosial mediada onun haqqında  edilən vida paylaşımlaırnın ardı-arası kəsilmir. El bir ağsaqqalını, Üləma dünyası dəyərli alimini itirib. Alim təkcə bir elin, ya elmin alimi olmur. Onun eli bütün dünya, elmi bəşəridir. Tarixsə  bütün bilimləri içində yaşadandır. İlber ORTAYLI  ömrü bunu ortaya qoydu.

  Bu dünyaya sadəcə tarix olmaq üçün gəldi. İlahi bir missiyanı çiyinlərinə alıb yaşadığı tarixin gerisinə-irəlisinə enib  insanlıq üçün  vacib olanları pirinçin daşı kimi arıtladı, ələkdən keçirdi.

 Tarixi yaşadan tarixən yaşar. Bir gün aramızdan getsə də hər zaman aramızda  olacaq böyük bir miras qoydu arxasında.  Əsrləri əsərlərinə daşıyıb, milli-mənəvi-mədəni  kimliyimizlə bizi tanışdırdı. Gerilərdə  Mövlanaları, Fatihlərı aratmadı.. Onların  kimliyilə aramızdaydı. Həm  Mövlanamızdı, həm Fatehimizdi. Savaş tarixlərini fəthə götürən, davanı barışa çevirən əməlləriylə, elmi-publisistik yazılaırıyla, kəşfləri və nəsihətləriylə, bənzərsiz açıqlamlarıyla ortamı cablandıran, sözünü, özünü əsirgəməyən  bir İlber ORTAylını tanıtdı, sevdirdi bizə.

Necə bir ömür yaşamalısan ki, Yoxluğun Varlığını hər zaman aratdıra, özünü  unutdurmayasan, unudulmayasan??   Örnəyi İLBER ORTAYLI

İlber Ortaylı  1947-ci il may ayının 21-də  Avstriyanın  Bregenz şəhərində  dünyaya gəlib.  Kırım  tatarı  kökənli ailədə doğulan  Ortaylının atası Kemal Ortaylı  təyyarə mühəndisi olub. İlber Ortaylı hələ kiçikkən  ailəsi  Türkiyəyə göçür və onun  uşaqlıq illəri İstanbul ilə Ankara arasında geçir. Təhsilinə də Ankarada başlayan Ortaylı  İstanbuldaki Saint George Avusturya  Litseydə davam etdirir və  sonra Ankara Atatürk Litseyində tamamlayır.  Çox dilli ailə ortamında böyüməsi akademik çalışmalarında önəmli rol oynayıb. Alman, inlgilis, fransız, italyan, fars, rus dillərində sərbəst danışırdı.

Ankara Üniversitetinin tarix bölümündə oxuyub. Dil ve Tarih-Coğrafya Fakültəsində   Halil İnalcık, Şerif Mardin ve Mümtaz Soysal gibi önemli akademiklərin tələbəi olub.

Chicago Üniversitetindəki  çalışmaların ardından “Tanzimat Sonrası Mahallî İdareler” mövzusunda  doktorluq, 1979 –cu ildə “Osmanlı İmparatorluğunda Alman Nüfuzu” çalışmasıyla dosent, 1989cü ildə ise professor ünvanını alıb.

1982-ci ildə universitetlərə qoyulan  siyasi qadağalara  qarşı  çıxaraq  istefa edir.  Bu müddətdə  Vyana, Berlin, Paris, Princeton, Moskva, Roma, Münxen, Strasburg, Yanya, Sofiya, Kiel, Cambridge, Oxford ve Tunus kimi şəhərlərdə  dərslər, seminarlar və konfranslar verib. Martın 1-də İstanbulda həyata göz yumdu.

Vida paylaşımlarından  sətirlər…

Selcuk Bayraktar:: “İnna lillahi ve inna ileyhi raciun.”

Ülkemizin yetiştirdiği önemli tarihçilerden Prof. Dr. İlber Ortaylı hocamızın vefatını üzüntüyle öğrendim. Hocamıza Allah’tan rahmet diliyorum. Aziz milletimizin başı sağ olsun.

Fatih Altaylı: (İlber Ortaylı’nın vefatı hk.)

“Hayattaki en yakınlarımdan birini, en sevdiğim insanlardan birini kaybettim. Yerine koyamadığımız insanlardan bir tanesiydi.

Pazartesi günü Celal Şengör ile birlikte ziyarete gitmiştik. Çok iyi görmüştük kendisini, sevinmiştik.

Türkiye, eşi benzeri pek az bulunan bir aydınını kaybetti.”

Toğrul İsmayıl: Türk tarihçiliğinin müstesna simalarından Prof. Dr. İlber Ortaylı’nın vefatı, yalnızca ilim dünyası için değil, aynı zamanda Türk kültür ve medeniyet hafızası için de büyük bir kayıptır. Ömrünü tarihin derin katmanlarını anlamaya ve anlatmaya vakfetmiş bu büyük münevver, ardında nesiller boyu yaşayacak kıymetli eserler ve fikirler bırakmıştır. Onun kalemi ve irfanı, Türk tarih şuurunun şekillenmesinde silinmez izler bırakmıştır. Merhuma Cenab-ı Hak’tan rahmet, ailesine, talebelerine ve tüm ilim camiasına sabır ve başsağlığı diliyorum.

Qulu Məhıərrəmli: Böyük tarixçi alim və mütəfəkkir, tədqiqatları ilə dünya tarix elminə ciddi töhfələr vermiş  İlber Ortaylının vəfatına çox kədərləndim. Dərin elmi, tarixi populyarlaşdıran çıxışları, peşə biliyi ilə Türkiyə və Azərbaycan cəmiyyətlərini çox məlumatlandırırdı. 

  Adam özünü yaxın və doğmasını itirmiş kimi hiss edir.  İlbər hocanın əziz xatirəsi daim hörmətlə anılacaq. Allah rəhmət eləsin! Ruhu şad olsun!

Rəfail Hüseynov: İlbər Ortaylı günümüzün böyük tarixçi alimi idi. Ancaq ona qiymət verirkən bu dəyərləndirmə sönükdür. O özü canlı bir tarix idi. 

Varlığıyla gəzəri tarix olandan biryolluq ayrılmanın acısı ikiqat artıqdır.

O, peşəkar tarixçi idi, dərin biliklər sahibi idi, zəngin düşüncəsində Şərqlə Qərbi birləşdirən mükəmməl alim idi, əlbəttə ki, əsl alim olduğundan ondan ötrü ən vacibi hadisələr, dəlillər, tarixin gerçəkləri idi. Lakin İlbər bəy həm də təəssübkeş, millətsevər, türk qeyrəti çəkən tarixçi idi. 

Və bu keyfiyyətlər heç də o anlama gəlməsin ki, türklüyün candan aşiqi olduğundan tarixi yazarkən nəyisə öz xeyrimizə dəyişirdi, daha qabarıq göstərirdi. Əsla!  O, sadəcə bir çoxlarının göz yumduğu, üstündən sükutla keçdiyi, türkün böyüklüyünə dəlalət edən məqamları görürdü və bildiklərini də çox aydın və sevilən tərzdə ifadə edirdi, bununla da ən əvvəl türklərin özlərində keçmişlərinə rəğbəti, məhəbbəti və qüruru artırırdı.

Azərbaycana eşqi də, Azərbaycan türkcəsinə məxsusi vurğunluğu da dərin idi və bu sevgi onda ilk gəncliyindən, hətta yeniyetməliyindən yaranmışdı. Azərbaycan dilinə içəridən gələn məhəbbətinin səbəbini də dəmir məntiqlə izah edirdi. Söyləyirdi ki, azərbaycanca türkcənin gəncliyidir, insansa gəncliyini sevər.

…Daha heç vaxt onunla ayrılırkən qucaqlaşa, daha heç vaxt növbəti görüş arzusyla vidalaşa bilməyəcəyəm…

Gülzar İsmaıl: Türk dünyası dəyərli tarixçi və alimini itirdi. İllər öncə İlbər Ortaylı Çanakkaleyə görüşə gəlmişdi və onu canlı olaraq dinləmək mənə qismət olmuşdu. Onunla eyni dövrdə yaşamaq hamımız üçün bir şans idi. Dəyərli bir Ustad idi. Əsərləri ilə yolumuza işıq tutmağa davam edəcək. Ruhun uçmaq olsun dəyərli ustad❤️

Mübariz Mənsimov: Bu xəbər məni dərindən kədərləndirdi…

Çox sevdiyim, böyük dəyər verdiyim, söhbətinə doya bilmədiyimiz gözəl bir insan bu dünyadan köçdü.

O, təkcə böyük tarixçi və böyük müəllim deyildi. Həm də həyat müəllimi idi. Onunla edilən hər söhbət insana yeni bir fikir, yeni bir baxış qazandırırdı. Tarixi sevdirən, düşünməyi öyrədən nadir insanlardan idi.

Bəzi insanlar sadəcə kitab yazmaz, bir nəsil yetişdirər. O da məhz belə bir müəllim idi. Onun sözləri, fikirləri və əsərləri bu torpaqlarda hələ uzun illər yaşayacaq.

Çox dəyərli qardaşım… Səni həmişə hörmət və böyük ehtiramla xatırlayacağıq.

Məkanın cənnət olsun!

Tünzalə Vəliqızı, Moskva
14 mart 2026-cı il