Türkiyə Suriyanı vurdu
Türk raketinin Suriya hava sahəsində vurulması zamanı Türkiyə tərəfinin buna cavab verəcəyi gözlənsə də o zaman hökümət bu provakasiyaya getməmişdi. Bu gün Türkiyənin Şanlıurfasına düşən top mərmisindən sonra da belə bir addımın atılacağı daha az gözləniləndi. Lakin 5 nəfər vətəndaşın ölümüylə nəticələnən bu hadisəyə Türkiyə ordusu atəşlə cavab vermək yolunu seçib.
Baş nazirikdən verilən məlumatda Türkiyənin Suriyanı vurması xəbəri təsdiqlənib. Baş nazirliyin əmri ilə Suriyaya top atəşi başlanıldığı bildirilib. Akçakaleyə top mərmisi düşməsiylə bağlı olaraq Baş nazirlikdən verilən açıqlamada “Bu mənfur hücuma sərhəd bölgəsindəki silahlı qüvvələrimiz tərəfindən anında qarşılıq verilmiş, radarla Suriya tərəfindən top atılan nöqtələrin yeri təsbit edilmiş və hədəflər vurulmuşdur” –deyə ifadə edilib.
Şanlıurfanın Akçakale mahalında Suriya tərəfindən atılan top mərmisinin düşməsi nəticəsində 5 adamın ölməsinə səbəb olan olaydan sonra baş nazirlik mətbuata açıqlamasında “Türkiyə iştirak qaydalarına uyğun və beynəlxalq hüquq çərçivəsində Suriya rejiminin milli təhlükəsizliyimizə doğru yönəltdiyi bu tip qızışdırıcı hərəkətlərini qarşılıqsız buraxmayacaqdır”- deyə vurğulayıb.
Xatırladaq ki, bu gün saat 16:30 radəlrində Suriya rejimi qüvvələri tərəfindən açılan top atəşi nıticəsində Şanlıurfanın Akçakale bölgəsində 5 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.
Hadisəylə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatiylə xarici işlər nazirliyi tərəfindən BMT baş katibi və BMT üzvü olan digər ölkələrin nazirləri ilə telefon danışıqları aparılıb.
“Bu çərçivədə NATO baş katibi Andres Rasmussen ilə də telefon görüşməsi olmuş, NATO Şurasının təcili iclasının toplanması qərara alınmışdır”-deyə baş nazirliyin açıqlamasında məlumat verilib.
/Yenises.ru/