Türkiyəni ayağa qaldıran dəhşət
Fahitdə ailəsiylə maşında gedən sürücü ilə polis arasında bir-birinə yol vermədykləri üstündə dava düşüb. Yenises.ru-nun mynet.com-a istinadən verdiyi xəbərə görə hadisə yerinə gələn onlarca polis həyat yoldaşının və uşaqlarının gözü qarşısınıda şəxsi ölüncəyə qədər döydülər. Həyat yoldaşının yalvarmasına baxmayaraq ərini təpik və kəmərləri ilə vurublar.
Hadisə dünən gecə saat 02:30 radələrində Fatihdə baş verib. Deyilənə görə yolda gedən polis maşını özünü qarşıdan gələn maşına yol verirmiş kimi göstərib, amma əslində onun yolunu kəsib. Ailəsi ilə maşında olan vətəndaşla polis arasında yol vermək üstündə mübahisə düşüb.
Bunu çəkən bir nəfərin cib telefonundakı görüntülərə görə birinci polsilər mübahisə etdikləri şəxsi vurmağa başlayib. Bu arada hadisə yerinə çox sayda polis gəlib. Polislər sürücünü həyat yoldaşının yalvarış və yardımına baxmayaraq döyməyə başlayıblar. Acığı soyumayan bəzi polislər isə yıxılıb yerdə qalan sürücünü kəmərləri ilə vurmağa davam ediblər.
Onu ayağa qaldırıb əvvəl yalnız bir yerdə, sonra isə polis maşınında yenə təpikləyiblər. Huşunu itirmiş adama yaxınlıqdakı dükanlardan köməyə gələnləri də polis uzaqlaşdırıb. Həyat yoldaşı və uşaqlarının gözü önündə polis maşınına mindirilən şəxs gözaltına alınıb.
Hadisəni təsdiqləyən məhəllə dükançısı media nümayəndəlri ilə danışmaqdan çəkinib.
İstanbul valilyindən verilən məlumata görə vətəndaşı döyən 5 polis saxlanılıb, hadisə ilə bağlı onların izahatları alınır.
Həyat yoldaşının və övladlarının gözü qarşısında döyülən atanın videogörütüləri ilə bağlı xəbər sosial şəbəkələrdə də müzakirə edilərək insanların qəzəbinə səbəb olub.
/Yenises.ru/