Ukrayna bütün Rusiya KİV-nin akkreditasiyasını ləğv etdi, bircə “Yağış””la (Dojd) qaldı”


Ukrayna  bütün Rusiya KİV-nin akkreditasiyasını ləğv etdi, bircə "Yağış"la (Dojd) qaldı
100-dən artıq Rusiya KİV-nin akkreditasiyası Ukraynanın dövlət orqanı tərəfindən ləğv edilib. Sadəcə “Dojd””a yaşıl işıq yandırılıb.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bunu antidemokratik hərəkət adlandırıb. O, ukraynalı həmkarlarının bir sıra Rusiya KİV-nin akkrediyasiyasının ləğv etdirməsini söz azadlığının məhdudlaşdırılması kimi dəyərləndirib.

“”Öz xalqının müxtəlif mənbələrindən bütünlükdə informasiya almasına istənilən məhdudiyyət, sözsüz ki, müasir demokratik dövlət anlayışı ilə uyğunlaşmır””,–deyə Peskov situasiyanı şərh edib.

Bundan başqa Putinin mətbuat katibi onu da qeyd edib ki, hazırkı şərtlərdə Ukrayna hökümətinin bu addımı nəticə verməyəcək.

Peskov əlavə edib ki, müasir informasiya texnologiyasının inkişafı belə repressiv addımların effektli olmasından çox uzaqdır. Rusofobiya təbliğatından fərqli müxtəlif informasiya axtaran vətəndaşlar texnologiyanın güclü imkanı sayəsində hər zaman istədiyini tapa bilərlər.

/Yenises.ru/


Bir cavab yazın