Ukraynanın NATO-ya qəbulu artıq gündəmdə deyil


Ukraynanın NATO-ya qəbulu məsələsi artıq nəzərdən keçirilmir.

NATO-nun baş katibi Mark Rutte qeyd edib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsi artıq gündəmdə deyil. O, bu barədə Bloomberg TV-yə müsahibəsində bildirib.

ABŞ prezidentinin Ukraynanın NATO-ya daxil olması məsələsini danışıqlar masasından çıxarmasının doğru olub-olmaması ilə bağlı suala Rutte “Bəli” cavabını verib.

O, həmçinin bəyan edib ki, atəşkəs bağlanacağı təqdirdə NATO Ukraynada atəşkəsin təmin edilməsində iştirak etməyəcək.

Həmin müsahibədə alyansın baş katibi 2025-ci ildə Ukraynada hərbi əməliyyatların dayandırılması ehtimalını müsbət qiymətləndirdiyini də söyləyib.

Martın 11-də Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Kiyev 30 günlük atəşkəslə razılaşıb. Vaşinqton da öz növbəsində Ukraynaya yardımı dərhal bərpa etdiyini açıqlayıb. Bundan əlavə, tərəflər mineral ehtiyatlar üzrə sövdələşmə haqqında razılığa gəliblər.

Yenises.ru