Tanınmış ekstrasens Zirəddin Rzayev “Stop” layihəsində Azərbaycan şou-biznesinə qiymət verdi


Azərbaycan şou-biznesini ona baxanların psixologiyası və xarakteri tənzimləyir… Tanınmış ekstrasens Zirəddin Rzayev Stop layihəsində dediyindən bu qənaətə gəlmək olar.

Uzun aradan sonra Azərbaycana səfər edən tanınmış ekstarsens Zirəddin Rzayev Nail Naiboğlunun “Stop” layihəsinin qonağı olub. Şəxsi həyatı və fəaliyyəti ilə bağlı açıqlamalar verən ekstarsensə verilişin formatıma uygun olaraq Azərbaycan şou-biznesi, onun simalarına yönəlik suallar verilib.

Ekstrasensin “Azərbaycan şou-bizesi hara gedir””-sualına cavabı isə daha diqqətçəkəndir. Belə ki, Azərbaycan şou-biznesinin taleyi ilə bağlı proqnoz eşitmək istəyən Nail Naiboğlunun sualına cavabında Zirəddin Rzayev -“Şou- biznes nə deməkdir? Bu psoxologiya deməkdir, bu millətin xarakteridir. Camaat nəyi görmək istəyir Sizlər onu götərirsiniz”-deyib.

Ekstrasens onu da vurğulayıb ki, normal bir şeylər göstərmək istənilsə belə bu, camaat üçün maraqlı olmayacaq. İnsanların psixologiyası, dünyagörüşü dəyişməlidir ki, buna da uzun zaman gərəkdir -deyən ekstrasens Azərbaycan şou-biznesinin yaxın zamanlarda dəyişməyəcəyi proqnozunu verib.

Tünzalə


Bir cavab yazın