Xocalı faciəsinı anladan “Adsız qadın” tamaşasının İstanbul səhnəsində təqdimatı olacaq


Xocalı faciəsinı anladan  “Adsız qadın” tamaşasının  İstanbul səhnəsində  təqdimatı olacaq
Sabah – dekabrın 17-də İstanbul Azərbaycan Kültür Evinin layihəsi olan Aygun Həsənoğlunun Xocalı faciəsindən bəhs edən “Adsız qadın” əsrininin motivləri əsasında rejissor Elçin İmanovun səhnələşdirdiyi eyniadlı tamaşanın təqdimatı olacaq.

Istanbul Səhər Teatrları-Üsküdar Kərəm Yılmazər sahnəsində göstəriləcək ilk tamaşada Xocalıda yaşanan ölüm və vəhşətlərin şahidi olan Ananı-Adsız qadını aktrisa Kəmalə Kamal canlandıracaq.

Əsərdə Xocalıda baş verən qətliama şahid olmuş, orada yaşanan amansızlıqlardan, dəhşətlərdən ağlını itirmiş bir qadının dramından söz açılır. Bir ananın ürəkdağlayan acı fəryadı bütün insanlığın faciəsi olan müharibələrə, onun doğurduğu ölümlərə, vəhşətlərə etiraz səsidir. Tamaşada əsasən bütün dünyada baş verən müharibələrdə daha çox qadınların və uşqaqların zərər çəkdiyi vurğulanır.

İstanbul Azərbaycan Kültür Evinin layihəsi- “Adsız qadın” tamaşası Türkiyənin bir çox şəhərlər teatrlarının səhnələrində göstərilməsi planlaşdırılıb. Əsas hədəf isə soyqırım mövzusu və Xocalı faciəsinin daima güdəmdə qalmasıdır.

Tünzalə Vəliqızı
Moskva


Bir cavab yazın