ƏGƏR BUNU TÖRƏDƏN PKK İSƏ, LƏNƏT OLSUN O PKK-YA!
Ötən axşam Feysbuk səhifəmi açar-açmaz gözümə İzmirlə bağlı hüznlü kəlmələr sataşdı. Yenəmi,–dedim,–bitmədimi artıq bu bəlalar? Hadisənin təfərrüatını öyrənmək istəyirdim ki, dostluğumdakı Günelin aşağıdakı hekayətini gördüm. Günel doğma bacım hesab etdiyim, hüquqşünas Tavat İsmayılovanın qızıdır. Bir neçə il əvvəl Türkiyə vətəndaşı Tanerlə ailə qurub, bir gözəl qızları var. Azərbaycan, türk, rus dillərini bildiyindən və hüquq təhsilli olduğundan vaxtaşırı məhkəmələrdə iştirak edir. Onun yazdıqlarını həyəcansız oxumaq mümkün deyil:
Tercümanlık yaptığım için sık sık gidiyorum İzmir Adliyesine. Bir kaç hafta önce bir duruşmaya katılmak zorundaydım. Duruşma saatine az kalıyordu arabayı park edecek yer bulamadım resmi araçların olduğu yere doğru yaklaştım bir polis arabası ve yanında bir polis memuru duruyordu, duruşmaya geç kalıyordum. Camı açtım ve polis memuruna dedim ki, abi ben Emniyetin tercümanıyım hiç bir yerde yer bulamadım arabayı park etmek için, evde bebek bıraktım acil duruşmaya katılıp eve dönmem lazım bana yardımcı ola bilir misiniz. Polis memuru polis arabasını çekti ve: kardeşim, buraya park ede bilirsiniz, dedi. Tamam-dedim-abi, en fazla 1 saate kalmaz çıkarım dedim. Gittim, duruşma bitti, çıkışta polis abiye yaklaştım teşekkür ettim, bana dedi: kardeşim arabanın camında kağıt var, onu kendin kaldırırsın. Arabaya yaklaştım kağıdı elime aldım, geri ona doğru gittim, abi-dedim-ceza olmasın bu. Yok- dedi ceza yazmasınlar diye koydum. Ceza gelirse, kardeşim, ben hep burdayım, merak etmeyin. Arabaya geldim kağıdı arabaya bıraktım. Akşam Taner gelince anlattım, dedim yardım ettiler, ama böyle bişey var o da: atma kalsın dedi. Ama dediyse öyledir. Bugün patlamada bir trafik polisinin şehit olduğunu duydum, bir anda aklıma o Polis abi geldi nedense, sonra yok dedim kendi kendime. Sosyal medyada resmini görünce Taner’i aradım kağıt arabada duruyordu çünkü, bi bakar mısın dedim polis memurunun adına ve bir kaç dakika sonra Taner bana kağıdın resmini yollayarak: Evet O, Şehit olan Fethi Sekin-dedi. İyilikler hiç bir zaman unutulmuyor Türk halkının Gururu. Allah Rahmet eylesin sana abi…
Nə gizlədim, ağladım. Bir doğma adamımı, yaxınımı itirdiyim kimi. Bu üzünü görmədiyim insanı, bir neçə dəqiqə içində ətrafını, onlarca günahsızı ölümdən qurtaran, canını əsirgəməyən insanı itirdiyim üçün ağladım. Hadisə belə olur: Yanvarın 5-də saat 16 radələrində İzmir Ədliyyə binasının ərazisinə bir maşın yaxınlaşır. Motosikletli polis görəvində olan Fəthi Səkin maşını əraziyə buraxmır və maşındakılardan şübhələnir. Bunu hiss edən terrorçular enib qaçmağa başlayır, onlardan biri əlindəki pultla maşını partladır. Fəthi Səkin ətrafdakılara uzaqlaşma əmri verərək qaçanlarla atışmaya başlayır və son gülləsinə qədər onları təqib edərək birini öldürür, özü də aldığı xain gülləsindən şəhid olur. Qaçanlardan biri də ədliyyə binası yaxınlığındakı inşaat meydanında öldürülür. Atışmada məhkəmə katibi Musa Can da şəhid olur və 5 nəfər yaralanır. Acı nə qədər ağır olsa da, polis məmurunun fədakarlığı daha böyük faciənin qarşısını alır. Sonra terrorçuların üstündən tapılan silah-sursat hazırlanan hadisənin miqyası haqqında təsəvvür yaradır.
İki Kalaşnikov avtomatı, 8 ədəd RPQ-7 fişəngi, 8 qumbara qanlı planın alətləri idi. Öldürülən terrorşunun avtomat Kalaşnikovun daraqlarını tərsinə skotçladığı onun daraq dəyişdirməyə vaxt itirmək istəmədiyini göstərir. Ədliyyədə iş saatının bitməsi vaxtına əyarlanmış terror aktında maşını partlatdıqdan sonra yaranmış çaxnaşmada işdən şıxanların avtomatla qətlə yetirilməsi düşünülürmüş. İstanbulda “Reina” klubunda qətliyam törətmiş İŞİD terrorçusu da həmin üsuldan istifadə etmişdi. Ələ keçirilən dəlillər terrorçuların kürd fəhlə partiyası kimi tanınan PKK-ya mənsub olduqlarını göstərir.
Fəthi Səkinin 43 yaşı vardı. 1973-cü ildə Elazığda anadan olmuşdu. 55 gün əvvəl anası 62 yaşında ağır xəstəlikdən vəfat etmiş, atası da xanımının ölümündən sonar İzmirə oğlunun yanına gəlmişdi. Evin altı uşağından biri olan Fəthi özü də üç övlad atası idi. Tanıyanların hamısı onu yardımsevər, gülərüz, işinə bağlı və insanlara həssas biri kimi qələmə verir. Dünyanın gərdişi belədir. Hər zaman ölüm ilk fürsətdə belələrini yaxalayır, ya da kənardan belə görünür. Çünki bu cür insanlar həmişə göz önündə, diqqət mərkəzində olur, onların gedişi daha çox insanı yandırır.
Türkiyədə Səkinin xatirəsini əbədiləşdirmək və ailəsinə dəstək olmaq üçün kampaniya başladılıb. İzmir Ədliyyə binasının önündəki küçəyə Fəthi Səkinin adı verilməsi, üç övladının Türkiyənin ən yaxşı özəl oxullarında pulsuz oxudulması, xanımına ömürlük təqaüddə olan millətvəkili maaşı verilməsi təkliflərini Türkiyə prezidentinə, Baş nazirə və Parlament spikerinə vermək üçün hazırlanan çağırışa imza toplanır.
Əfsuslar olsun ki, yeni ildə də Türkiyəyə qarşı fitnələr davam edir. Ölkənin firavan inkişafını əngəlləməyə çalışan, günahsız insanları hədəf almaqla ölkədə hüzursuzluq yaradan, Yaxın Şərqdəki terror bataqlığına Türkiyəni də sürükləyən, burada xaos, qarmaqarışıqlıq yaratmaq istəyən qüvvələr lənətə, ümumi qınağa layiqdir və inşallah Türkiyə bu fitnələrə baş əyməyəcəkdir!
Qəhrəman Fəthi Səkinin, Musa Canın ruhları şad olsun! Basın sağ olsun,Türkiyə!
Cəfər Sadıq,
Moskva, 6 yanvar 2017-ci il
P.S. Şəkillər Türkiyənin “Hürriyyət”” qəzetinin bugünkü nömrəsindən götürülüb. Yuxarıdakı şəkildə solda Şəhid polis Fəthi Sekin, ortada onun noyabrın 3-də Günel Tahirli Cansuya verdiyi məhbuz, sağda Tanerle Günelin ailə rəsmi verilib. İkinci şəkildə Fəthinin uşaqlıq və yetkinlik rəsmi, üçüncü və dördüncü rəsmlərdə terrorçuların onlarca adamı qətlə yetirmək üçün tədarük etdikləri sursatın bir qismi görünür.“