Əlcəzairdə 270 metr hündürlüyündə məscid


Əlcəzairdə 270 metr hündürlüyündə məscid
Əlcəzairin paytaxtında 270 metr hündürlüyündə olacaq məscidin tikintisinə başlanıb.

Ölçüsünə görə onun dünyada üçüncü böyük məscid olacağı gözlənilir. Minarə qülləsi isə Marokkodakı II Həsən məscidinin rekordunu qıracaq. Məscidin tikintisi ilə Çinin dövlət inşaat-mühəndis şirkəti məşğul olur.

“Bu binanın tikintisi Çin-Əlcəzair münasibətlərində yeni etapın başlanğıcı olacaq” –deyə Əlcəzair dini işlər naziri Buabdalla Qamalla bəyan edib.

Tikinti 2015-ci ildə başa çatacaq. Onun layihəsinə 1 milyard evro vəsait ayrılıb. Məscid kompleksinə 120 min dindarın yerləşə biləcəyi ibadət yeri, 200 yerlik kitabxana, incəsənət muzeyi və araşdırma mərkəzi daxildir.

/Yenises.ru/


Bir cavab yazın