Əminə Ərdoğan Bəşər Əsədin xanımından danışdı
Myanmada –Arakan müsəlmanlarının ziyarətində olub onların problemləri ilə maraqlanan Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoganın xanımı Əminə Ərdoğanı köşə yararları yazılarında küncə sıxışdırıldı. Hər zaman təmkinliliyi ilə seçılən Əminə Ərdoğan bunun həm müsəlmanıq, həm də Türkiyə adına böyük bir addım olduğunu dilə gətirdi. Mən nazir xanımı olduğum üçün bu səfərim dünyanın diqqətini çəkə bilər-mesajını verib.
5 qadın jurnalistlə səfərdə olan Əminə Ərdoğan Bəşər Əsədin xanımı Əsma Əsədlə də yaxın olduğunu bildirib. Onunla rəsmi deyil, səmimi bir dostluqlarını dilə gətirən nazir xanımı Əsmanın demokratiksevər bir qadın olduğunu söyləyib.
Əminə Ərdoğan Əsranın protokolsuz Türkiyəyə anası, atası, uşaqları, gəlini ilə birlikdə Türkiyəyə istirahətə gəlib, onlarda qonaq qaldığını və bundan mətbuatın belə xəbəri olmadığını bildirib.
“Suriyada hadisələr başlanandan sonra mənimlə əlaqə saxlamamasına üzgünəm”-deyib Əminə Ərdoğan. Hətta sığınacaq üçün Türkiyəni seçib bura gəlsəydi onu qəbul edəcəyini də gizlətməyib.
Türkiyənin baş naziri olan həyat yoldaşınız bunu qəbul edərdimi ?-sualına isə “Məncə o da bunu müsbət qarşılayardı”- cavabını verib.
Əsma Əsədlə bağlı düşüncəsində yanıldığını da təəsüflə dilə gətirən Əminə Ərdoğan onun dəyişəcəyinə inanmadığını vurğulayıb.
Səfərdə onu müşaiyət edən jurnalistlərlə söhbətində: “Əsma Əsəd çox səmimi, cana yaxın bir insandı. Ölkəsində demokratikləşməni, yeniləşməni istəyən bir qadındır. Onun baş verənlərə biganə qalanacağına inanmıram”-deyə əlavə edib Əminə Ərdoğan.
Ayla Azəri
/Yenises.ru/