Əsədin Rusiya inamı boşa çıxdı
Rusiya KİV-nin məlumatına görə Lavrova “ Rusiya, Əsədə siyasi sığınacaq verəcəkmi” sualına cavab olaraq “Xeyr, ona siyasi sığınacaq verməyəcəyik”-deyib.
Lavrov ölkə adı çəkmədən Bəşər Əsəd Suriyanın şimal-qərbindəki ölkələrin dostuydu- deyərək o ölkələrin sığınacaq verməsinə eyham edib.
Əsədin hakimiyyəti buraxması üçün heç bir təlqin etməyəcəklərini bildirən Rusiya Xarici işlər naziri bunun Əsədin şəxsiyyəti ilə baglı omadığını bildirib. O, “Suriya demokratik, müstəqil və milli azlıqlara müsbət münasibətdə olduğu müddətdə bu ölkəni kimin idarə etdiyi bizi maraqlandırmaz”-deyib. Suriyadakı böhranın dini savaşa çevrilməsi ehtimalı olduğunu söyləyən Lavrov, ən çox da bundan əndişləndiklərini xüsusi vurgulayıb.
/Yenises.ru/