Arestoviç “Krokus”da baş verən terrorda Ukraynanın əli olduğunu deyib


Ukrayna lideri Vladimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç Moskva vilayətindəki faciədən danışarkən, dili sürüşüb və “Krokus Siti Holl”da baş verən terror aktında Ukraynanın əli olduğunu deyib.

“(Rusiya Federasiyasında deyirlər – redaktorun qeydi) “Bütün dünya, siz bizə rəğbət bəsləyin, biz radikal islamın qurbanıyıq” unudurlar ki, burada (Ukraynada – red.) bizim öldürdüklərimiz qədər adam öldürürlər. ..” – Arestoviç YouTube kanalında bildirib.

Bundan sonra o, sözünü belə düzəldib: “Biz öldürmədik, amma onlar bu terror aktında öldürdülər”.

Bundan əvvəl Pentaqonun keçmiş müşaviri, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Britaniya kəşfiyyatı (Mİ6) kimi təşkilatların Rusiyaya zərər vurmağa çalışdığı üçün Crocus City Hall-dakı terror aktının arxasında Qərb kəşfiyyat xidmətlərinin ola biləcəyini istisna etməyib.

Rusiya prezidenti Vladimir Putin xalqa müraciəti zamanı Moskva yaxınlığındakı Crocus City Hallda terror aktı iştirakçılarının sərhədi keçməsi üçün Ukrayna tərəfində “pəncərə” hazırlandığını bildirmişdi.

yenises.ru


Bir cavab yazın