VƏTƏNİM SƏNSƏN, ŞƏHİDİM…


DÖRD İL ÖNCƏ DUYĞULARIMI BELƏSİNƏ QƏLƏMƏ ALMIŞDIM… TANRI ORDUMUZA ZAVAL VERMƏSİN! HƏR ŞEY 27 SENTYABRDAN BAŞLAMIŞDI. SONRASI MƏLUM. QIĞILCIMDAN ELƏSİNƏ BİR ALOV DOĞDU Kİ, DÜŞMƏNİN TƏPƏSİNDƏN TÜSTÜ ÇIXARDI, KÜLÜNÜ GÖYƏ SOVURDU. VƏ BU MÖHTƏŞƏM ZƏFƏR GÜNÜNÜN QƏHRƏMANLARI ƏBƏDİ OLARAQ XALQIMIZIN ÜRƏYİNƏ KÖÇDÜ. BU YAZIMI 2020-Cİ İLİN NOYABRINDA YAZMIŞDIM MİN BİR HƏYƏCƏNLA, ÖLÜB DİRİLƏ-DİRİLƏ… ŞƏHİD ÖVLADIMIZ ŞAHİNİN AİƏSİYLƏ SON TELEFON DANIŞIĞNIN VİDEOSUNU GÖRMÜŞDÜK, ÜRƏYİMİZ PARAMPARÇA OLMUŞDU.SAĞ SALAMAT QAYITMASI ÜÇÜN NƏ QƏDƏR DUA, SƏNALAR ETMİŞDİK. AMMA TANRI ƏN UCA ŞƏHADƏT MƏQAMINI QİSMƏT ETMİŞDİ ŞAHİNƏ. 27 SENTYABR ZƏFƏR YOLUNUN BAŞLANĞICI OLDU. TANRI BÜTÜN ŞƏHİDLƏRİMİZN RUHLARINI ŞAD, MƏKANLARINI CƏNNƏT ETSİN! ” BÖYÜK MƏZARLARIN ÜSTÜNDƏ BÖYÜK VƏTƏNLƏR VARDIR. BÖYÜK ÖLÜLƏRİ OLMAYAN MİLLƏTLƏR ƏBƏDİ OLAMAZLAR!” NURETTİN TOPÇU (1909-1975).

“ Gecə yoluma göz dikmə.
Gecə keşik çəkərəm.
Namə, məktub gözləmə,
Gülləmlə göndərərəm.
Çünki mən əsgərəm quzum
Əsgərəm, sevmə məni…”

Millətimizin ruhuna heyranam. Hər zaman fəlakətlər içərisində bir intibah yarada bildi. Özü də son anda lap hamletsyağı o məşhur sualı özünə verdiyi andan başlandı bu intibah. Qarabada Vətən müharibəsində Azərbaycan Gəncinin düşmənə qarşı göstərdiyi xariqüladə qəhrəmanlıq nümunələri hər hansı bir filmin, serialın parçası deyil. Bizi tikə-parça bölmək istəyən, genetikası bizə qarşı sonsuz kin və nifrətlə yoğrulmuş naqis düşmənin alçaqlaşmış vərdişinə Yumruq cavabıdır, millət olraq bütünləşmək imkanını yaradıb hürr yaşamamızın ən uca missiyasıdır. Necə deyərlər, incə xalq diplomatiyasının düşmənin başını kəsən qılnca dönüşməsi kimi. İncə ona görə yazıram ki, xalqın öz torpaqlarını düşməndən azad etmək istəyi şablon diplomatik sınırları zorlayan tək qüvvədir. “El bir olsa dağ oynadar yerindən” misalı. Nəhayətində Eldə birdir Elxan da! Azərbaycan Əsgəri, Ordumuz öz müqəddəs qanlarıyla yazır bu şanlı tarixi. Şəhid xəbərlərinıə üzülməmək əldə deyil, ürəyimizə daş basırıq həm də qürurlanırıq. Çünki “ Torpaq əgər uğrunda ölən varsa Vətəndir! “ artıq bir vəzifə, borc məramındadır. Həyat ən şirin nemətdir. Təkcə insanlar üçün yox bütün canlı yaratıqlar üçün. Amma insan həyatı, arzularına qovuşmaq enerjisində yatan möhtəşəmlik çox zaman ölümün sirrini də alt-üst edə bilirmiş. Ölümlə heç bir zaman barışmaq olmur, bu da acı bir gerçəyimizdir. Amma “Ölümü öldürməyi bacaran bilən kimlərdir”- sualının tək cavabı var?! ŞƏHİDLƏR… Dinc dövrdə sıradan bizim kimi insanlar, içlərindəki fırtınanı, coşqunu görməmiz mümkünsüzdür. Dərs dedikləri tarix müəllimlərindən bəlkə də güc bəlayla qiymət almaq xatirinə susan, başını aşağı salan, töhmət, danlaq yedikləri günləri olub. Tarix fənnində yalnız müharibələrdən danışılır, xronolgiya və s. Bilənə” beş” bilməyənə “iki” misalı. Cəmi darülfünlər yığışa hər gün leksiyalar oxuya inanmıram ki, bu mühazirəni ən gözəl şəkildə oxuyan natiq özündən bir tarix yarada bilsin. Hətta hər hansı bir təsadüfi partlayış səsinə diksinib, dizləri də əsəcək. Ən uzağı zəkası övüləcək, xitabəti yerə, göyə sığdırılacaq və sonra hamı evlərinə dağlışacaq. Bir çox dövlətlər öz ölkələrində vətənpərvərlik ruhunu oyatmaq üçün süni qəhrəman obrazları yaradıb gənc nəslin iliklərinə yeridirlər, yaddaşlarına pərçimləyirlər. Oysa, son 40 gündə Azərbaycan Gəncliyiinin oyanan ruhu başdan ayağa bir alov kimi püskürdü. Odu, atəşi eləsinə güclü oldu ki, kitablardan oxuyub sevdiyimiz qəhrəmanlar elə kitablarda buraxmalı olduq. Son dəfə eviylə, ailəsiylə telefonda görüntülü halallaşan əsgər Allahyarov Şahin Hüseynbala oğlunun videosuna hönkürtüylə baxdım, həm də ailəcə. O qədər dua etdik ki, qazi kimi dönsün, doğulacaq oğluna özü ad versin. Fəqət Şahin balamızın şəhid xəbərini alanda -qəhrəman övladımızın son döyüş ürəyinə damıbmış -deyib ələmli bir ah çəkdim…

” Bilinməz bir qalanı fəth etmək tək başına,
Vurulub birdən düşüb son bürcün son daşına.
Bir cüt uzanan dodaq gözlərinin yaşına…”-

misraları elə bil boyuna biçilmişdi nurüzlü şəhidimizin… Ailəsini əmanət edirdi, dolxusunaraq, ağlamamaq üçün özünü zor tuturdu… Qəhərinə qurban… Sənin də, şəhid qardşlarımızın övladları təkcə ailələrinə deyil, elə bizim hamımızn, Dövlətimizin göz bəbəyi kimi qorumalı oıduğu əmanətləri olmalıdır. Göz bəbəyi kimi qoruduğunuz, uğrunda əziz canlarınızdan keçdiyiniz torpaqlarda tökülən qanlarınız kutsalımızdır.

Vətən dediyin nədir ki?! – Sevgili yarın, Tanrı qədər uca Ana, qoxladığın çiçək, gəzdiyin yaşıl çəmən, susuzluqdan cadar-cadar olmuş torpaq… VƏTƏNİM SƏNSƏN, ŞƏHİDİM…

Məhəmməd İSRAFİLOĞLU,
Almaniya

27 Senytabr, 2024