20 Yanvar – Qan yaddaşımızın şanlı səhifəsi


20 Yanvar - Qan yaddaşımızın şanlı səhifəsi
ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA

Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
Içində yan, ağı deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!

Bu döyüşdü – əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var.
Burda “Bizik” – nə “mən” vardı, nə “sən” var.
Yox, ağlama, ana millət, ağlama,
Qorxuram ki, sına millət, ağlama.

Hayqır, könül, bundan betər çağ hanı?
İnsan yanır, torpaq yanır, dağ yanır.
Bacım, indi ağlamağa vaxt hanı?
Qardaş deyib, yurddaş deyib, ağlama!
Ağlamağın yeri deyil, ağlama.

Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyəni dərd üzür,
Ağlayanı tez də tapır dərd-hüzür…
Bəlkə belə tanrı yazıb, ağlama,
Səsini boğ, millət qızı, ağlama.

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam!
Ata millət, “öldü” deyib, ağlama,
Ağlamağın yeri deyil, ağlama.

20 Yanvar - Qan yaddaşımızın şanlı səhifəsi
20 Yanvar - Qan yaddaşımızın şanlı səhifəsi
20 Yanvar - Qan yaddaşımızın şanlı səhifəsi
20 Yanvar - Qan yaddaşımızın şanlı səhifəsi


Bir cavab yazın