22-07-11-77-21 (22 iyul 2011-ci il tarixində 77 insanı öldürüb 21 il həbs aldı)
Bu Breyvikin nömrəsidir. Amma məhbus kimi deyil. Sadəcə etdiyi “qəhrəmanlığın” şifrəsi. 22 iyul 2011-ci il tarixində 77 insanı öldürüb 21 il həbs aldı. Onun tarixi keçən rəqəmlərdir bunlar. Ömrünün faktı sadalananlardan keçən haqqında rəqəmlərlə danışmaq daha məntiqlidir.
Norveç məhkəməsi Breyviki ağıllı qəbul edərək, onu 21 il azadlıqdan məhrum edib. Horveç qanunua görə 21 il ən maksimal həbs müddəti sayılır.
Osloda hökümət binasını partladıb, sonra Utoya adasında gənclərin düşərgəsinə soxularaq qətliam törədən Breyvik ikiqat cinayətdə təqsirləndirilirdi. Uzun sürən məhkəmə presesində onun psixi cəhətdən sağlam olmasının təsdiqini tapmasına qatil özü və onun vəkilləri müvafiq olublar. Bundan başqa hadisənin qurbanlarının yaxınları da Bryvikin psixi cəhətdən sağlam qəbul edilməsini təkidlə istəyiblər, əks halda bu onun cəzasının yüngülləşdirəcəyi ehtimalına əsas verərdi.
Cəza müddətini Breyvik Norveçin “İla” türməsində keçircək. Terrorçuya orada yataq otağı, kabinet, idman zalından ibarət 3 otaq və qapıçı ayrılıb. Breyvik il ərzində bu türmədə saxlanılıb.
Anders Breyvik özu Utoya adasında törətdiyi cinayəti etiraf edərək, müsəlmanların Norveçdə artmasının qarşısını almaqla siyasi bəyanat vermək istədiyini bildirib.
Norveç baş naziri Yens Stoltenberqin rəhbərlik etdiyi müstəqil komissiya terror vaxti polisin kifayət qədər effektli hərəkət etmədiyini qəbul edib. Bundan sonra Polislərin şefi tutuduğu vəzifədən istefa verib.
Yenə breyvikin rəqəmlərinə qayıdaq. 21 ilin işərisinidə 77 insan ölümü üşün 3 aydan da az bir vaxtda həbs cəzası düşməsi də sual doğrur.
Indi bir insan olmü üçün neçə ay cəza çəkəcəyini də dəqiqliyi ilə hesablamağa zaman sərf etmədən təxmini 21 illik həbslə 77 insan ölümü üçün 3 aydan da az cəza kəsilib.
Günahsız insan qanına belə ucuz bədəl! Bu da Norveç qanunun uyğunladığıdır.
Leyla
/Yenises.ru/