Dağlıq Qarabağ Respublikası yoxdur, Qarabağ separatçı rejimi var


Bu sözləri ” Qovorit Moskva” (Danışır Moskva) radiostansiyasının efirindən “İnostrantsı” (“Xaricilər”) proqramının qonağı olan Lider TV-nın Moskva bürosunun şef redaktoru Anar Həsənov səsləndirdi.

Qeyd edək ki, “Qovorit Moskva” radiosunun “İnostrantsı” verilişində Su-24 təyyarəsinin vurulması olayından sonra Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda Qarabağ münaqişəsi ətrafında gedən söhbətlərə də toxunulub.

“Ruisya və eləcə də Türkiyə Azərbaycanla dost, strateji müttəfiq və mehriban qonşuluq münasibətində olan dövlətlərdir”

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun səfərinin ardından baş nazir Əhməd Davudoğlunun Azərbaycana gəlişi hansı məqsəd daşıyır- sualının cavabında soydaşımız, bir müddət əvvəl bir ay içində Sobyanin, Narişkin və başqa yüksək ranqlı rusiyalı məmurların da ölkəmizə ziyarətini xatırladıb. O, bunda hər hansı “fövqəladə” bir şey görmədiyini qeyd edib.

“Ruisya və eləcə də Türkiyə Azərbaycanla dost, strateji müttəfiq və mehriban qonşuluq münasibətində olan dövlətlərdir. Bu səfərlərdə qeyri-adi bir şey görmürəm”-deyərək Türkiyənin seçkilərdən yeni çıxdığına diqqət çəkib. Əhmət Davudoğlunun baş nazir seçiləndən sonra Azərbaycana bu səfərini onun siyasi kursunu müəyyən etməsi aspektindən dəyərləndirib.

“Türkiyənin Dağlıq Qarabağ probleminin həllində təşəbbüskarlığı və torpaqların azad olunmasında Azərbaycanın yanında olması bəyanatı ilə bağlı bir ekspert-jurnalsit kimi fikri soruşulan Anar Həsənov,-“Əvvəlcə Qarabağ məsələsinin Türkiyə-Azərbaycan, Rusiya-Ermənistan konteksində təqdim olunması yanlışdır-deyib. O ki qaldı, Əhmət Davudoğlunun bəyanatına, münaqişənin həllində torpaqlarımızın sülh yolu ilə azad olunması çağırışları Ərdoğan və ona qədər də zaman-zaman Türkiyənin keçmiş rəhbərləri Turqut Özal, Süleyman Dəmirəl tərəfindən də səsləndirilib. Eləcə də Rusiya münaqişənin sülh yolu ilə həllində vasitəçi kimi iştirakını bəyan edib”.

“Azərbaycan sərhədlərini öz hərbçiləri qoruyur”

Azərbaycanın Türkiyədən silah aldığı faktına istinadən Qarabağın geri alınmasında təklif etdiyi yardımı da qəbul edə bilər- ritorikasına, Anar Həsənov,-Azərbaycan Rusiyadan da S-300 silahını aldığı, bu sahədə əməkdaşlıq etdiyi arqumeti ilə cavab verib.

Anar Həsənov söhbətində “Azərbaycan sərhədlərini heç bir ölkənin ordusunun iştirakı olmadan öz hərbçiləri qoruyur”-deyib.

Rusiya-Türkiyə münasibətlərində Azərbaycanın hansı kurs götürəcəyi məsələsinə gəlincə RF-yə qarşı sanksiyalar tətbiq edildiyi zaman Azərbaycanın buna qoşulmadığı, bu gün də Türkiyə krizisində sadəcə iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün vasitəçilik təklifi ilə çıxış etdiyini təkrarlayıb.

Soydaşımız həm Türkiyə, həm də Rusiya ilə müxtəlif sahələrdə müttəfiq olan Azərbaycan hökümətinin müstəqil siyasət yürütdüyü və təbii ki, öz siyasi-iqtisadi maraqları çərçivəsində meyl sərgilədiyini də nəzərə çatdırıb.

50 ildən sonra Rusiyanın da hansısa bölgəsində, deyək Nefteyuqanskda, Yekaterinburqda belə vəziyyət yaransa, bu, həmin ərazilərin Çin torpaqları olması anlamına gəlməyəcəkdır”

Yarım saatlıq efir zamanı maraqlı fikirlərdən biri də, Anar Həsənovun “Qarabağ ermənilərinin müqəddəratını özləri həll etməsi və Azərbaycanın yanında olmaq istəməməsi” yanlışlığına aydınlıq gətirməsi olub.

“Qarabağa əsrin əvvəllərində erməni əhalisinin hansı məqsədlə köçürülməsi üzərindən keçərək, demoqrafik situasiyanın dəyişməsi, -50 ildən sonra Rusiyanın da hansısa bölgəsində, deyək Nefteyuqanskda, Yekaterinburqda belə vəziyyət yaransa, bu, həmin ərazilərin Çin torpaqları olması anlamına gəlməyəcəkdir”.

Bu cavabdan sonra aparıcı-sizin hansı aspektdən yanaşmanız mənə aydın oldu-deyə razılaşıb.

“Dağlıq Qarabağ Respublikası yoxdur, Qarabağ separatçı rejimi var”

Anar Həsənov sohbətində “Dağlıq Qarabağ Respublikası” deyə təkrar-təkrar vurğulayan aparıcıya etiraz edərək bu adda inzibati qurumun deyil, Dağlıq Qarabağda sadəcə keçici separatçı rejimin olduğunu deyib. “Sovetlər dağılana qədər Dağlıq Qarabağ Muxtar vilayətində son statistikaya görə 177 min əhali yaşayıb. Onların 65 faizini ermənilər təşlik eidb. Bu gün həmin ərazidiə 60 min erməni əhali yaşayır. Bir nəfər də olsun azərbaycanlı ailəsi yoxdur. Bu erməni separatçılarının Azərbaycan ərazisində etnik təmizləmə aparmasını ortaya qoyan dəlildir”. Anar Həsənov Qarabağ münaqişəsinə bir də buradan baxmağı tövsiyə edib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın