50 ildən sonra ilk dəfə Misir televiziyasında teleaparıcı hicablı qadın
50 il əzrzində ilk dəfə Misir televiziyasında xəbərləri oxumağa hicablı qadın teleaparıcı çıxıb. Frans Press agentliyinin xəbərinə görə bu “Birinci kanal”ın əməkdaşı Fatimə Nabil olub.
O efirə qara pencəkdə və krem rəngli hicabda çıxaraq 12:00 xəbərlərini oxuyub.
Mohammed Mursi hakimiyyətə gələnə kimi Misir televiziyasında qadın efirdə görünməmək şərtiylə hicabla işləyə bilərdi. Fatima Nabilə qədər bu televiziyada 50 il əvvəlhicablı qadın görünüb.
Fatima Nabil efirə çıxan ərəfədə İnformasiya naziri Saleh Abdel Maqsud yerli kanalda qadının başıörtülü efirə çıxmasında bir qəbahət olmadığını bildirib. Fatima Nabel özü “Müsəlman qardaşlar” partiyasının qəzetində “nəhayət ki” inqilab Misir KİV-nə də gəlib çatdı deyib.
Mursi hakimiyyətə gələndə Qərb ölkələri Misirin dünyəvi dövlət olmaqdan uzaqlaşacağını düşünürdü. Prezident bunun baş verməyəcəyini, Misirin “müasir, konstitusiyalı vətəndaş dövləti” olacağını vəd etmişdi.
/Yenises.ru/