60 yaşlı kiçik qardaşımız Cəfər Sadıq


ƏLƏDDİN ƏSƏDLİ60 yaşlı kiçik qardaşımız Cəfər Sadıq
Əzizim Cəfər! İnana bilmirəm ki, otağımızın, qrupumuzun ən kiçik üzvünün 60 yaşı bu gün tamam olur. Hər şey elə bil dünən baş veribmiş kimi yaxındır. Amma o yaxının da üstündən nə az, nə çox 44 il keçib. 44 il… O illərin xatirələri necə şirindi, Cəfər. Ən yaxşı günlərimiz o illərdə keçib. Sən o illərimizin bəzəyi olmusan. Həyatımıza, tələbəlik illərimizə rəng qatmısan. Şən günlərimiz, xoş əhvalımız sənin xarakterinlə, şirin söhbətlərinlə, не стандарт, baməzə hərəkətlərinlə çox bağlı olub. O illərdən bir kitab yazmaq olar, Cəfər. O illər…o illər… Yenə də inanmağım gəlmir ki, o güləriz, nadinc, heç bir qəlibə sığmayan xasiyyətin sahibinin – mənim əziz Cəfər qardaşımın bu gün 60 yaşı tamam olur. Ancaq inandım, inanmadım bu reallıqdır. Mənim 60 yaşlı kiçik qardaşım, səni bağrıma basıb öpürəm. 60 yaşın mübarək!..

MƏZAHİR SÜLEYMANZADƏ60 yaşlı kiçik qardaşımız Cəfər Sadıq
Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisi mətbuatımızın tanınmış simalarından biri, hazırda Moskvada yaşayan, müxtəlif tədbirlərdə ölkəmizi layiqincə təmsil edən, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılmasında fəallıq göstərən Cəfərsadıq Abbasovu 60 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayır!

AKİF ƏLİ60 yaşlı kiçik qardaşımız Cəfər Sadıq
Vətənpərvər ziyalı, İstedadlı qələm sahibi, Sədaqətli dost, Səmimi insan! Bütün bunları və bunlardan daha artıq dəyərli keyfiyyətləri özündə birləşdirən Cəfər bəyi doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Yubileyin mübarək! Uzun ömür, can sağlığı, sevinc dolu günlər arzusu ilə, köhnə dostun – Akif Əli.

MƏRDAN FEYZULLAYEV60 yaşlı kiçik qardaşımız Cəfər Sadıq
Сегодня юбилей у замечательного человека, журналиста, моего большого друга Джафара Садига – Джафара верного! Верного рыцаря добра, справедливости, чести и милосердия…
От всей души, с самыми наилучшими пожеланиями и любовью весь коллектив московского “Дервиш-театр””а поздравляет со славным юбилеем нашего дорогого друга, так много сделавшего для нашего театра!!!


Bir cavab yazın