9 mindən çox Gürcüstan vətəndaşı RF miqrasiya qanununu pozub


9 mindən çox  Gürcüstan vətəndaşı  RF miqrasiya qanununu pozub
9 mindən çox Gürcüstan vətəndaşının Rusiya ərazisində miqrasiya qanunlarını pozması haqqında jurnalistlərə məlumatı RF Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovsk verib.

“Bizdə 9 mindən çox 90 sutkalıq Rusiya ərazisində qalma müddətini keçən Gürcüstan vətəndaşı var. Biz o insanlari tapacağıq, sonra onlar haqda ya miqrasiya xidməti, ya da məhkəmə qərar qəbul edəcək. Biz qayda-qanunu təmin etməliyik”-deyə qeyd edib.

Məmur Gürcüstan vətəndaşlarının Rusiya ərazsindən cıxarıldıqlarına görə insan hüquqları üzrə Avropa məhkəməsinə şikayətlərini də şərh edib. KİV-də verilən məlumatda deyildiyi kimi, şikayət Gürcüstan vətəndaşlarının RF ərazisindən qanunsuz olaraq kütləvi şəkildə deportasiya olunmaları ilə bağlıdır. Aidiyyatı şikayətə bu gün baxılacaq.

“Əgər qayda pozulubsa, vətəndaşın vətəninə göndərilməsində qorxulu bir şey görmürəm. Bu təcrübə bir çox ölkələrdə var” –Federal Miqrasiya xidməti başçısı deyib.

/Yenises.ru/


Bir cavab yazın