Ramil Səfərov azadlığa buraxıldı


Ramil Səfərov azadlığa buraxıldı
Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramil Səfərovun əfv edilməsi barədə sərəncam verib.
Yenises.ru-nun AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Ramil Səfərəov Azərbaycan bayrağını təhqir edən erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyinə görə məhkum olunmuşdu.

/Yenises.ru/


Bir cavab yazın