Azad Suriya ordusundan dəhşətli iddia
Yenises.ru-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə Suriyanın Hələb şəhərində bir hərbi təyyarəni salan Azad Suriya ordusu təyyarənin pilotunu sağ ələ keçiriblər. Rütbəsi general olan pilotun görüntülərini yayımlayan muxalifətçilər bu pilotun Türk təyyarəsini vuran qrupun başında olduğunu iddia etdi.
Çəkilən həvəskar kamera göürntülərində müxalif Azad Suriya ordusuna aid Selmani Farisi birliyi əsgərlərinin arasında pilotun olduğu görünür. Pilotun kimliyini kameraya göstərən milis generalın Türk təyyarəsini vurub salan qrupun başçısı olduğunu idda edir.
/Yenises.ru/