«Rus marşı» millətçilərlə antifaşistlər arasında davaya səbəb oldu


«Rus marşı»  millətçilərlə antifaşistlər  arasında  davaya səbəb oldu
Moskvada keçirilən “Rus marşı” başa çatıb. Paytaxt polisi mitinqin davasız ötüşdüyü haqqında məlumat versə də metronun “Dostiyevsk” stansiyasında millətçilər və antifaşistlər arasında qalamqal yaşandığı haqqında məlumatlar yayılıb. Millətçilər adıçəkilən stansiya yaxınlığında antifaşist hərəkatının aktivlərini müdafiə edən bir neçə adama hücum çəkərək döyüblər. Bu haqda qarniy.ru saytının müxbiri Dmitri Zıkov məlumat verib.

“İndilərdə faşistlər “Dostoyevsk metrosunda toplaşmış adamların üstünə hücum çəkiblər. Onlar “Öldürmək!” deyə bağırırdılar. Məni döşəməyə yıxaraq başıma üzümə zərbələr endirdilər. Bir neçə adamın başı yarıldı”-deyə yazıb Zıkov.

Rusiya sosialstləri hərəkatının aktivi İzabel Maqkoyevanın sözlərinə görə zərərçəkənlərdən biri- Vasili Kuzmini hücumçular relsə itələyiblər. Qarniy.ru saytının məlumatına görə hücum nəticəsində 3 nəfərin üzü və başı yarılıb.
“Kommersant-FM”-in müxbiri Ulyana Malışovanın tvitterdə yazdığı xəbərə görə isə antifaşistlərdən biri metronun girəcəyində qaz balonlarından insanların üzünə qaz çiləyir və başlarını yarırdı. “30 nəfərdən ibarət qrupun çox aqressiv şəkildə hərəkət etdiyini görüyünü”- paylaşıb Malışova.

“İnterfaks” agentliyi anonim polis mənbəsindən verilən xəbərə əsasən dava faktının təsdiqləndiyini bildirib. Bununla yanaşı, Daxili işlər nazirliyinin baş idarəsi metronun “Dostoyevsk” stansiyasında kütləvi dava haqqında məlumat daxil olmadığını bəyan edib. KİV-in məlumatına görə polislər yoxlamaya başlayıblar.

Antifaşistlərin mitinqi Suvorov meydanında saat 16:00-da təxminın “Rus marşı”nın bitdiyi vaxt başalyıb.

/Yenises.ru/


Bir cavab yazın