Ədliyyə nazirliyi “Qolos”un səsini kəsdi
“Qolos” qeyri-kommersiya təşkilatının fəaliyyəti bu ilin dekabrının 25-nə kimi dayandırılıb. Bu haqda məlumatı RF Ədliyyə nazirliyi verib.
Ədliyyə nazirliyi “Qolos” qeyri-kommerisya təşkilatının ərizəsində “xarici agent” ifadəsini göstərilmədiyi üçün, onun fəaliyyətinə 6 ay müddətinə -yəni 25.12.2013-cü ilə kimi xitam verib. Ədliyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.
“Qeyri-kommmersiya təşkilatları” haqqında federal qanuna əsasən xarici agent funksiyasını yerinə yetirən qeyri-kommersiya təşkilatının fəaliyyəti dayandırıldıqda, onun kütləvi informasiya vasitəsi təsisiçisi haqqı da əlindən alınır, ictimai tədbirlər və kütləvi aksiyalar keçirməsi qadağan edilir. Hətta təsərrüfat fəaliyyəti və əmək müqaviləsi, ziyan, vergi ödəməsi, xərclər və cərimələr istisna olmaqla, bank depozitlərindən istifadə etmək haqqı da qanunla yasaqlanır -deyə nazirlik açıqlama verib.
/Yenises.ru/