ABŞ Putini korrupsioner hesab edir, Kremlsə buna böhtandır deyir


ABŞ  Putini korrupsioner hesab edir, Kremlsə buna böhtandır deyir
Amerika ölkəsinin maalliyə nazirliyinin Rusiya prezidenti Vladimir Putinin korrupsioner olması haqqında yaydığı bəyanatla razılaşıb. Bu haqda Reuters agentliyi məlumat verib.

Söhbət Amerikanın maaliyyə strukturunun nümayəndəsi Adam Şubinin müəllifi olduğu VVC One-da nümayiş edilən “Putinin gizli zənginliyi”” filmindən gedir.

“”Biz görürük ki, Putin öz dostlarını, özünə yaxın müttəfiqlərini varlandırır və ona dost olmayan, dövlət vəzifəsi tutmayanları isə uzaqlaşdırır. Bu istər Rusiyanın enerji sərvəti sahəsi, ya digər dövlət müqavilələri olsun, kimin ona xidmət edəcəyini düşünürsə, onları ora istiqamətləndirir, şübhə etdiklərini isə yaxın buraxmır. Mənə görə bu korrupsiyadır””,-deyə Şubin bildirib.

Ağ evin nümayəndəsi Jon Ernestin fikrincə, Şubinin deyimləri ABŞ administrasiyasının mövqeyini “”ən yaxşı şəkildə”” əks etdirir.

Filmdən sonra Kreml Şubinin bəyanatını böhtan adlandırıb. Peskov buna “”Bi-bi-si-nin bu materialının məzmunu hər hansı bir əsası olmayan uydurma və böhtandır””- sözləri ilə reaksiya verib.

/Yenises.ru/


Bir cavab yazın