Navalnını mitinqdən əvvəl evinin önündə saxladılar
Bu haqda müxalifətçinin həyat yoldaşı Twitter-dən yazıb.
Müxalifətçi Aleksey Navalnını antikorrupsiya aksiyasından əvvəl polislər saxlayıblar. Bu haqda onun həyat yoldaşı Yuliya xəbər verib.
Onun sözlərinə görə Navalnıya yaşadığı binanın giriş qapısından çıxmağa imkan verməyiblər. O, həyat yoldaşının şəklini polis maşınlarının yanında çəkib.
Eyni zamanda Navalnının Korrupsiyaya qarşı mübarizə fondunun ofisində elektrikin kəsildiyi barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.
Navalnının tərəfdarları Rusiya Günündə paytaxt höküməti ilə razılaşdırılmış Saxarov prospektində keçiriləcək antikorrupsiya aksiyasına çıxmağa hazırlaşırdılar. Bu ərəfədə axşam saatlarında Navalnı mitinqin yerinin dəyişilməsi haqqında bəyanat verdi. Tərəfdarlarını Tverskaya küçəsində toplaşmağa səslədi.
Moskva regional təhlükəsizlik departamentindən bu qərarı təxribat adlandırıblar. Sonra departamentin başçısı Vladimir Çernikov bildirib ki, şüar və plakatlarsız xalq gəzintisinə çıxmağa polislər mane olmayacaq.
Yenises.ru