Qızıl medal əvəzinə qırmızı attestat
Rusiya təhsil sistemində qızıl və gümüş medaldan imtina edildi
Rusiya Təhsil və elm nazirliyi xəbər verib ki, orta təhsil məktəblərində əla oxuyub bitirən şagirdlərə qızıl və gümüş medal verilməyəcək. Bunu fərqlənmə attestatı əvəz edəcək. Beləliklə medal artıq tarixin arxivinə atılır.
Bu qərarı verməyə səbəb isə ali məktəblərə daxil olmaq üçün EQE (Vahid Dövlət İmtahanı) imtahanı verilməsdir ki, bu prosesdə medal heç bir əhəmiyyət kəsb etmir. Yeni qanun onu da nəzərə alır ki, şagirdlərə medalın verilməsi yerli hakimiyyətin, təşkilatların və ya valideynlərin istəyinə görə ola bilər, lakin təhsil nazirliyinin buna heç bir aidiyyatı olmayacaq.
Yaxin zamanlarda ali məktəblərə qəbul olunanda nəzərə alınacaq orta bal həddinin də müəyyən olunması gözlənilir. Bu dəyişikliklərə baxmayaraq, ali məktəblərə qəbul olunmaq üçün şagirdlərin bir yolu var- əla oxumaq. Nüfuzlu ali məktəbə yol bundan keçir.
Məhəmməd
/Yenises.ru/