Oleq Kuznetsov Facebook səhifəsindən azərbaycanlı jurnalistlərə səsləndi


Oleq Kuznetsov Facebook səhifəsindən  azərbaycanlı jurnalistlərə səsləndi
Ulya Əhmədova, çox sağ olun!!!

Rusiyada akkreditasiya olunan azərbaycanlı jurnalistlərə, belə insanlardan yazın dedi.

Bu gün Rusiya informasiya məkanında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyimizi müdafiə edənlərin qıtlığını çəkdiyimiz bir vaxtda Oleq Kuznetsov kimi həqiqəti deyənlər azdır. Tanınmış rusiyalı politoloq şəxsi Facebook səhifəsində özünü evdar qadın kimi təqdim edən azərbaycanlı xanımın indiki zamanda az-az adama məxsus olan hərəkətini təqdir edən status paylaşıb.

Politoloq Oleq Kuznetsov rus və azərbaycanlı dostlarına müraciətlə yazıb.

“Bu şəklə diqqətlə baxın və Facebook-da özünü Ulya Əhmədova kimi təqdim edən bu qadının simasını yadda saxlayın. Kim onu şəxsən tanıyırsa, ya da Moskvada insan kütləsi içərisində görərsə, xahiş edirəm, ona yaxınlaşın, hal-əhval tutun və mənim adımdan onun qarşısında baş əyib, “çox sağ olun!”- dediyimi çatdırın”.
Oleq Kuznetsov Facebook səhifəsindən  azərbaycanlı jurnalistlərə səsləndi
Oleq Kuznetsov davamında onu qeyd edir ki, dünənki (aprelin 14-də) statusunda XXXVI Paris beynəlxalq kitab salonu təşkilatçılarından iştirakçı atributunu almaq üçün təqaüdünün çatmadığını bildirib. Və onun bu statusuna yazılan şərhlərə kəskin cavabını görən bu xanım, pafossuz, “kimsə kiməsə borclu deyil” deyə qışqıranlardan fərqli ona bu mətndə məktub yazıb.

“Axşamınız xeyir, Oleq Yuriyeviç! Əvvəlcə mən tutduğunuz mövqeyinizdən dolayı Sizə təşəkkür edirəm… təkcə sözdə deyil. Mən o qədər də varlı olmayan ev xanımıyam. Amma Fransadan bura gətirilməklə 5 kataloqu almağa hazıram. Sağ olun! Xahiş edirəm, mənə yazın, pulu hara keçirim?”

Yarım saat onunla yazışıb, xanımı bu fikrindən daşındırmaq istəyədiyini bildirən tanınmış politoloq, onu inadından döndərə bilməyib.

Ulya Əhmədova atasının Şuşada doğulub böyüdüyünü, onun babalarının da oradan olduğunu qeyd edib. “Atam 2003-cü ildə öz doğma evini görmədən rəhmətə getdi. Siz məndə az da olsa Ümid yaratdınız ki, nə zamansa bu baş verəcək. Və buna görə Sizə ürəkdən minnətdaram”.

Bu sözlərdən sonra Sberbank kartının nömərsini verməyə məcbur qaldğını yazan Oleq Kuznetsov, kim istəyirsə bunun üçün məni lənətləsin deyir. Sadə moskvalı evdar xanım uşaqlarının boğazından və ev xərcindən kəsib mənə 20 min rubl göndərdi.

Oleq Kuznetsov onun bu pulu niyə, nə üçün xərcləyədiyinin hesabatını istəməyən azərbaycanlı xanıma, elə facebook-dan o pulu məhz kitab üçün göndərdiyinin çekinin şəklini qoyub.
Oleq Kuznetsov Facebook səhifəsindən  azərbaycanlı jurnalistlərə səsləndi
Sonunda politoloq Rusiyada akkreditasiyası olan jurnalistlərə səslənərək, belə insanlar haqqında yazmağı da tövsiyyə edib.

Ulya Əhmədova, mən də şəxsən öz adımdan təşəkkür edirəm. Oleq Kuznetsovun adından minnətdaram. “Xeyirxahlıq üçün bəhanə lazim deyil”-nümunəsini göstərdiyiniz üçün çox sağ olun!

Tünzalə Vəliqızı, Moskva
15.04.2016


Bir cavab yazın