Gizli diplomatiya”da adı çəkilən Türkiyə ilə Rusiyanı barışdıran KÜSÜLÜ


Rusiyanın Türkiyə ilə barışdırılması prosesində Abbas Abbasov da iştirak edib. Cavid Çağlar bu haqda Rossiya-24 telekanlında yayımlanan “Taynaya diplomatiya” adlı xüsusi reportajda deyib.

Türkiyə ilə Rusiyanın arasının düzəldilməsi plan-prosesində Abbas Abbasovun da iştirak olub. İki ölkə arasında barışıq əldə edilməsində – türklərin təbirincə desək “bu şorbada onun da duzu varmış”…

Və barışıqdan keçən müddət ərzində ilk dəfə mətbuatda onun da adı hallandı. Baxmayaraq ki, Türkiyə-Rusiya yaxınlaşmasında Ramazan Abdulatipovun ismi keçəndə onunla dostluğu-yaxınlığı bir çoxları tərəfindən xatırlanmışdı. “Əcəba”- deyənlər belə olmuşdu…

İlk dəfə sentyabrın 3-də Rossiya-24 telekanalında Anna Afanasyevanın hazırladığı “Taynaya diplomatiya”- (“Gizli diplomatiya”) xüsusi reportajında Cavid Çağlar “Heydər Əliyevin yaxını olan Abbas Abbasov” da bu işdə bizə çox yardımçı oldu deyib, barışıq üçün ilk addımın atılması-məktubun hazırlanmasında onun da rolunu vurğulayır.

Rossiya-24 telekanalında göstərilən Türkiyə və Rusiyanın barışmasının əsas fiqurlarından biri –gizli diplomatiyanın arxitektorlarından olan türk biznesmen Cavid Çağlarla bağlı reportajda bu presesin detallarından danışılır.

“Taynaya diplomatiya” xususi reportajında iki ölkə arasında 7 aydan artıq yüksək gərginliklə müşaiyət olunan münasibətlərin elə eyni templə də tam əsk –yəni müsbət istiqamətdə dəyişməsinə vasitəçi olanlardan, əvvəlindən kimlərin bu təşəbbüsü ələ aldıqlaırna tam aydınlıq gətirilir.

24 noyabr məlum təyyarə böhranının ardından Rusiya və Türkiyə liderləri arasında baş tutan ilk tarixi görüş zamanı Qazağıstan prezidenti Nursultan Nazarbayevin, Azərbaycan prezidenti İlham Əliyevin, Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun və təbii ki, Rusiyada, MDB-də və Türkiyədə biznes də dövlət qurumlarında çalışan şəxslərlə xüsusi yaxınlığı, dostluğu ilə seçilən Cavid Çağların adı keçmişdi.

Baxmayaraq ki, bu barışıq prosesinin hazırlanmasında Ramazan Abdulatipovun adı çəkiləndə-ona yaxın dostluğu ilə seçilən gizli diplomatiyanın üzvlərindən biri kimi Abbas Abbasovun da rolu olacağı ehtimalı çoxlarını düşündürmüşdü.

Azərbaycan mətbuatının ona küsülü münasibətinə bu faktın təsir edib etməyəcəyi məchul. Məlum olan isə, onun bu böyük prosesin bir parçası olmasıdır.

Hər halda təqdirə layiqdir!

Verilişin tam videosunu bura daxil edirik.

Tünzalə Vəliqızı
Yenises.ru

VİDEO


Bir cavab yazın