XİN miqrantların Rusiyada daimi yaşayış izni üçün bal sistemi təklif edir
Rusiyada daimi yaşayış izni üçün almaq qaydalarına daha bir güzəşt: Rusiya XİN-yi bal siteminin tətbiqinə keçən qanun layihəsi təqdim edir. Bu layhəyə görə daimi yaşayış izni almaq üçün qiymətləndirmə balına əsasən gənc, savadlı və Rusiyada sosial-iqtisadi fəaliyyətlə məşğul olanlara üstünlük veriləcək. Bir sözlə, Rusiya gənc intellektual beyinləri özünə cəlb etmək istəyir.
Xarici İşlər Nazirliyi “RF-də daimi yaşayış izni almaq haqqında “” qanuna yeni dəyişikliklər təklif edən layihə təqdim edib . Bu layihədə RF-də daimi yaşayış izni almaq üçün məlum prosedur qaydalarına yeni -güzəştli bal sistemi əlavə olunacaq. Ölkənin sosial-iqtisadi və demoqrafik tələblərini əsas tutan yeni qanuna görə daimi yaşayış izni almaq istəyən xarici vətəndaşlar bal sistemi ilə bu kriteriyalardan keçəcəklər.
Aidiyyatı qanun layihəsi normativ aktlar portalında dərc edilib.
Sənədə əsasən daimi yaşayış izni almaq istəyən xarici vətəndaş müvəqqəti yaşamaq izni mərhələsini keçmədən bal sisteminə görə birbaşa RF kimliyi ala biləcək.
Bal qiymətləndirmə kriteriyalarına: yaş həddi, təhsil, əmək və sahibkarlıq fəaliyyəti və RF-də iqtisadi fəaliyyəti qanunla qadağan olmayan digər məşguliyyətləri olanlar, həmçinin namizədin uyğunlaşma səviyyəsi daxildir.
Bununla yanaşı, daimi yaşayış izni almaq üçün hesablanan balların ümumi sayı RF höküməti tərəfindən müəyyən ediləcək.
“”Rusiyada daimi yaşamağa izn verən qanun layihəsi ölkənin iqtisadi və demokrafik siyasi maraqlarına uyğun olan xarici vətəndaşların cəlb olunmasına imkan yaradacaq””- deyə sənəddə bildirilir.
Bal sisteminin tətbiq olunması yalnız keçmiş SSRİ-nin rusdilli vətəndaşlarının deyil, qısa müddətdə digər millətlərin nümayəndələrinin də daimi yaşayış izni almasına şans yaradır . Əlavə bürokratik qaydaların olmaması ölkləyə gənc və təhsilli xarici vətəndaşaların marağının artmasına imkan verəcək””.
/Yenises.ru/
“