Susuram…
Bütün qərib məzarlar gözlərini yollardan yığdıqdan SONRA DANIŞARIQ
Vallah deyirəm susum, amma olmur. Mən susacam. Susmaq üçün bu qədər səbəbim varkən, həm də. Reytinqə -zada da oynayan deyiləm.
Cəsarət hamının bildiyi köhnədir, onu indi edən üçün təzədir.Və bir də… Eh nə isə. İqtidar-müxalfət bölümü qürbətdə də bizi ayıran siaysi baxışdırsa, o zaman susum. Çünki “kim kimin tərəfindədir”dən çıxş edib tapşırıqla “salam” verməkdən belə qorxanlarla bir aradasansa, elələri varsa.. Kim kimin adamı deyilsə tədbirlərə, yığıncaqlara (adam sayı artırmaq üçün olanlara deyil 🙂 )) dəvət siyahısında adın “arzuolunmazlar” arasındadırsa… Susum.
Əslində vətənpərvər kəlməsini o qədər uyğunsuz yamaq ediblər ki, mən yaşmaq edib susum. Rusiyada uzun müddət fəaliyyət göstərən sayt rəhbıəri kimi susum. (Bunu yazmaq da təvazökarlığımı zorlamaqdır, bilin). Hamının səsi -platforması olmasını qarşıma məqsəd qoyub bu yolda mənimlə-Biz olanlarla böyük addım ata bilmədiyim üçün susum. Neytral mövqe olmur, balans olur. O balansı saxladığım-vətəndaş mövqeyi olan jurnalist olduğum üçün susum. Çirkin hücumlara məruz qalmaqdan qorxduğum-qadın olduğum üçün susum. Və bu gün bu müstəvidə iki-cüt bir tək sayda Vətən üçün çalışdığını deyib öz aralarında “mövqe” savaşına başlayanları müşahidə edərək susum.
Mənə jurnalistliyi məktəbdən daha çox həyatda gördüklərim dərslər öyrətdiyi və artıq bu müqəddəs sahənin kirləndiyi, “kirləndirildiyi üçün susum. Bu qədər “etirazı” içimdə boğduğum-cəsarətsizliyim üçün susum. Sözüm- silah, silahım-söz olsa da onun təyini və təyinatçılarının arbitrliyində oynaya bilmədiyim və ya oynamaq istəmədiyim üçün susum.
Susum. Susuram. Sükutun danışdığı o qədər həqiqətlər var ki… Mən yenə susacam. Bu susmaq “bir qara” qəpiyə dəyməsə də susacam. Çünki…
Qapıda 26 fevral -yarım əsrdən çox qanayan yara varkən, hansı müstəvidə, tatamidə özün-özünə qarşı savaşırsansa onun qalibi olmaq qabiliyyət deyil. Nə sabun bişirib satan, nə qolunun saatını satanların miras qoyub getdiyi “gövhəri-ləl” olan Sözün “çay daşı” dəyərində hesablan vaxtına tuş gəlmisənsə, Şah İsmayıl təbirincə “satma, qardaş, kərəm eylə”yə söykənib susmaq zamanıdır-demmək!!!
Amma bir gün…Çexov deyir ki, yaranışdan sürünənlər üça bilməzlər. Bunun əski də var də, bilirsiniz.
Astanada 26 Fevral! Sabahı qaranlığa açılan o günə gedən yolda danışsa, danışsa sükut haray qoparar. Danışmaq o günün qisasını almağın yolunu tutan- Aprel döyüşlərində “düşən ruhumuzu” yerdən qaldırıb bizi canlandıran müsəlləh ƏSGƏRlərin haqqıdır! Belə olan halqa mən olsam susardım-yazacaqdım. Susuram.
Bəzi açıqların üstünü örtmək məcburiyyətində buraxan şey- ayıblarımızın görünməməsi üçündür. Yoxsa…Yoxsa o qədər danışılacaq şeylər var ki…
Kandarda 26 Fevral! Və bu tarixlər millətimin yaddaşında sıralanan qara tarixlərin nə birincisi, nə sosnuncusudur. Bitdi, bütün qərib məzarlar gözlərini yollardan yığdı- deyilən zaman danışarıq. Nədənmi? Daha onu mən deyəcəkdimsə, bu susmaq niyə və nəyə lazımdı?!
Tünzalə Vəliqızı
Moskva
25.02.2019