Rusiyada benzinin qiyməti yayın sonuna kimi artacaq


Rusiyada  benzinin qiyməti  yayın sonuna kimi artacaq
Yanacaq bazarında yeni şok düşdü. İyunun 1-dən xaricə ixrac olunan neftin 1 tonu üçün rüsum rekord həddə-199,8 dollara kimi yüksəlir. Belə bir tədbir “qara qızılın”” qiymətin armasına səbəb olacaq. Buna görə Rusiya nefti ölkə daxilində saxlayacaq, lakin belə olan halda benzinin qiymətini ucuzlaşacağını gözləməyə dəyməz.

Ixrac rüsumları neft qiymətlərindən asılı olaraq müəyyən edilir. Neft nə qədər bahadırsa, rüsum da yüksək olur. Yanacaq bazarının ekspertləri əmindirlər ki, rüsumn artması ölkə daxilində neft ehtiyatı formalaşdıracaq. O, emala və benzin istehsalına gedəcək. Yalnız avtomobil həvəskarları bundan yaxşı bir şey gözləməsinlır, çünki yanacağın qiyməti düşməyəcək.

Neft emalı zavodlarında istehsal həcmi yaxşıdır. Neft bazalaraında coxlu ehtiyat tolandığından və Belarusiyadan stabil olaraq benzin gətirildiyindın yanacağın topdan satış qiymətləri aprelin 1-dən enməyə başlamışdı. Yalnız 2013-cü ilin birinci rübündə Sankt-Peterburq Beynəlxalq xammal ehtiyatları birjasının ticarət meydanında 150 min ton Belarus benzini satılıb.

Rusiya neft emalı zavodlarının profilaktik təmirə dayanması neft ehtiyatları toplanmasına təsiri oldu. O zaman da yanacaq qıtlığı yaşanmadığı kimi, indi də olmayacaq və gözlənilmir. Regionlara danışma da qaydasındadır.

Ekspertlər yanacağın qiymətində hələ ki bir az fasilə olacağına inanırlar. Lakin bundan sonra yanacağın qiyməti mütləq artacaq. Benzin aksizlərin artmasında yüksək dərəcəli təmizləmə də əhəmiyyətli yer turur ki, bu da yayın ortalarına planlaşdırılır. Benzinin qiymətinin yenilənmısinə yönəlik olan bu amil rüsumun dəyişməsinə güclü təsir edəcək.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın