“Qanuni oğru”ların Moskvaətrafını bölməsinə polis mane oldu
Daxili işlər nazirliyinin Moskva vilayəti üzrə baş idarəsi 18 “qanuni oğru”nun iştirakı ilə Elktrouqlidə keçirilən toplantını dağıdıb.
“Kriminal generallar” Moskva ətrafına zonaya nəzarəti bölüşməyə toplaşıblarmış. Axtarış zamanı “qanuni oğru”lardan qanuna zidd heç bir şey aşkar edilmədiyi üçün onların barmaqlarının izi götürülərək buraxılıblar.
“Yüksək sammit” şəhərətrafı Elektrouqlidəkı “Şater” yay kafesində toplanıbmış. “İzvestiya”ya Moskvaətrafı polis şöbəsindən daxil olan məlumata görə toplantıda Ded Hasanın mafioz qrupundan olan 40 yaşlı Qriqori Sorokin (Jora Taşkendski), 49 yaşlı Aleksey Zabavin (Zabava) və 31 yaşlı Vladimir Ozerski (Zyuzya) kimi simalar var imiş.
Yığıncaqda həmçinin Elektrouqli, Elektrostal və Balaşixa şəhərlərinin “vəziyyətinə” baxan Yuri Lebedev (Bolt), Yuri Aksenov (Aksen), Yuri Tarasov (Taras) da iştirak ediblər.
“Kriminal generallar” vacib bir məsələni- Moskvaətrafına kimin nəzarət edəcəyini həll etməyə toplaşıblar. Iş orasındadır ki, son zamanlar Eloktrouqlidə birdən birə iki “qabuni oğru” peyda olub: həbsdən azad olunan Zyuza və yüksək tac alaraq “qanuni ogru” adına layiq görülmüş 35 yaşlı avtoritet Oleq Piroqov (Sirkaç). Eyni zamanda nəzərə alaq ki, Zabava da çoxdan burada yaşayır.
Elektrouqlidə nəzarət Zyuzaya verilsə də, Zabava və Jora taşkendski onun əleyhinə çıxıb.
Daxili İşlər nazirliyi əməkdaşlarının verdiyi məlumata görə avtoritetlərin toplanmasında məqsəd hadisədən xəbərdar olduqarını və varlıqlarını göstərmək kimi xəbərdarlıq xarkteri daşıyıb.
Onları üzüstə yerə uzandırılaraq polislər tərəfindən yoxlanılıb, sonra idarəyə aparılaraq barmaqlarının izini götürürərək buraxıblar.
/Yenises.ru/