Moskvada “Maydan ” “Antimaydan” la yad edilir


Moskvada “Maydan ” “Antimaydan” la yad edilir
Ukrayna paytaxtında silah gücü ilə hakimiyyətin devrilməsinin ildönümünü Moskvada “Antimeydan” aksiyası ilə yad edirlər. Aksiya iştirakçıları “Maydanın 1 ili”, “Unutmayacağıq”, “Bağışlamayacağıq” şüarlarıyla küçəyə çıxıblar.

Etiraz aksiyasına 25 minə yaxın adamın toplanşdığı bildirilir. Akisyada Ümumrusiya “Boevoe bratstva ” veteranları ictimai təşkilatının birinci müavini Dmitri Sablin, qaydasız döyüş üzrə dünya çempionu Yuliya Bezrukova, “Noçnıe volki” motoklubunun prezidenti Aleksandr “Xirurq” Zaldostyanov və “Novorossii” parlamentinin sədri Oleq Çarnev iştirak edirlər.

Aksiyaçılar Strasno bulvarından başlayaraq Petrovka küçəsiylə Revolyutsya (İnqilab) meydanına kimi yürüş edəcəklər. Moskva meri ilə razılaşdırılmış yürüşdə 10 min adamın iştirak ediləcəyi nəzərdə tutulsa da, təşkilatçılar bu rəqəmin daha çox olacağını da inkar etməmişdilər.

Hərəkatın lliderlərindən biri olan Dmitri Sablinin sözlərinə görə hələ əvvəlcədən 100- dən çox ictimai təşkilat Moskvada keçirilən “Antimeydan” akisyasına qatılmaq arzusunda olduqlaırnı bildiriblər. Aksiyaya Moskvanın müxtəlif regionlarından, o cümlədən uzaq Primoryeden də sadə insanlar gələcəklər. Şimali Osetiyadan 50 bayker gəlib. 120 nəfər də Çeçenistandan, 300 nəfər isə İnquşetiyadan gəlməyi vəd ediblər.

Aktivistlər aksiyanın əsas məqsədinin Rusiyada “rəngli inqilabın” qarşısının alınmasına yönəldiyini bəyan ediblər.

/Yensies.ru/


Bir cavab yazın