Hollandiya polisi Donbassdan qayıdan jurnalistləri saxlayıb
Donbassdan qayıdan jurnalistlər Stefan Bek və Mişel Spekkers Amsterdamda Hollandiya polisi tərəfindən saxlanılıb. Onların üstündə olan bütün materialların alındığı barədə RT məlumat verib.
Stefan Bek deyib ki, o və həmkarı Ukraynaının şərqində 8 gün keçiriblər. Onlar MH17 reysi ilə uçan Malaziya təyyarəsinin qəza yerində olublar. Jurnalistlərə laynerin yeni qalıntılarını aşkar etmək müyəssər olub.
Müxbirləri vətənə qayıdan zaman Amsterdamın Stixpol aeroportunda saxlayıbıar.
“Bizdən laynerin qalıqlarının fraqmetləri olan materiaları, noutbukumuzu, telefonumuzu, yaddaş kartını və videokameramızı müsadirə etdilər””-deyə Bek RT-yə müsabibəsində söyləyib.
Jurnalist anonimliyini saxlayacaqlarına söz verdiklərı Donbass əhalisindən aldıqları müsahibənin qeydinin Ukrayna Təhlükəsizlik Xidmətinin əlinə keçəcəyindən narahat olduğunu ifadə edib. Bek qəza yerində Boeing-in çox sayda qalıqlarının qalması faktının onu təəccübləndirdiyini də qeyd edib.
“”Orada çoxlu materal qalıb və onları toplamaq lazımdır. Hollandiya prokurorluq nümayəndələrinin dediyi kimi, ora o qədər də təhlükəli deyil. Mənə elə gəlir ki, biz çox ciddi səhlənkarlıqla üz-üzəyik””-o, deyib..
Hollandiya prokurorluğundan bildirilib ki, “”istintaqa aid olan obyektlərin çəkilişinin hamısnı jurnalistlər hökümətə könüllü verməyəcəklərini hiss etdiklərindən”” materialları almalı olublar. Bununla yanaşı, Bek və Spekkers tapdıqlarını gizlədəcəkləri ittihamını rədd ediblər.
Xatırladaq ki, Boeing 777 təyyarəsi 2014-cü il iyulun 17-də Ukraynanın şərqində qəzaya uğramışdı. Təyyarədə olan və həyatını itirən 298 sərnişinin çoxu Hollandiya vətəndaşı idi.
/Yenises.ru/
“