Rostovda əl fanarına yerləşdirilmiş bomba partladı
Rostovun mərkəzində baş verən partlayış sosial şəbəkə yer alıb. Adamın məktəbin yanına partlayıcı qurğu qoyuduğu an videoya düşüb.
Videoda qara kepkalı bir adamın binanın girişindəki səkiyə nə isə qoyub uzaqlaşdığı görünür, və bir neçə dəqiqədən sonra həyəti süpürən kişi torbanı götürür. Görünür kişi tapdığına baxmaq istəyib və həmin anda partlayış olur.
Xəbər verildiyi kimi səhər erkən 46 yaşlı təmizləyici Rostovun Sosialist və Naxşıvanskı küçələrinin kəsiməşində əl fanarına oxşayan qurğunu qurdaladığı zaman partlayış olub. Nəticədə partlayan əl fanarı onun biləyini üzüb və bədəninə müxtəlif dərəcəli xəsarət verib .
Partlayış Rostovun mərkəzində 5 saylı məktəbin yaxınlığında baş verib. Bu gün bütün məktəbdə təhlükəsizlik tədbirləri aparılır. Bundan əlavə bütün ümumtəhsil məktəbləri cümə günü axşama qədər kinoloqlar tərəfindən yoxlanacaq.
/Yenises.ru/