Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
“Əlavə məluata görə Sterlitamak şəhəri 1 saylı ümumtəhsil məktəbinin 17 yaşlı şagirdi informatika kabinetinə daxil olaraq sinif yoldaşlarını və oarda olan müəllimi bıçaqla yaralayıb, sonra yanıcı məhlul tökərək oranı yandırıb. Yeniyetmə özünə də bıçaqla xəsarət yetirib””- deyə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yangın təhlükəsi siqanlı işə düşüb. O andan şagirdlərdən biri qorxudan özünü 2-cı mərtəbənin pəncərəsindən bayıra atıb.Yanğından kimsə zərər görməyib. Yeniyetmə və bıçaqlanmadan xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
İnterfaks-ın veridiyi məlumata görə Fövqəladə Hallar operativ qərargahından olan mənbə yeniyetmənin əqli inkişafdan geri qalan biri olaraq xüsusi proqramla özündən 2 yaş aşağı sinif şagirdləri ilə təhsil aldığlnı deyib. “”O,bu gün səhər-aprelin 18-də informatika kabinetinə gələrək 29 yaşlı müəlliməyə və iki sinif yoldaşına bıçaqla hücum edərək onları yaralayıb və sonra özünə də bıçaqla zərbə endirib””.
“”Uşaqlar və müəllimə xəstəxanaya çatdırılıb, vəziyyətləri orta ağırdır””-deyə mənbə bildirb.
Hadisə yerinə istintaq idarəsi rəhbərləri, Başqırdıstan DİN orqanı əməkdaşları gəliblər.
Yenises.ru“