Zaxarçenkonun qətlində detallar


Zaxarçenkonun  qətlində detallar
Onun qətlində açıq partlayıcı qurğudan istifadə edilib. Qondarma Donetsk Xalq Respublikası başçısının məsləhətçisi Aleksandr Kozakov bu barədə açıqlama verib. RİA Novostinin məlumatına belə deyilir.

Kozakovun sözlərinə görə Zaxarçenkonun qətlində istifadə edilən açıq partlayıcı qurğunun əsas iş prinsipi partlayış dalğası və yanğın doğurmaqdır. “Partlayış onlar kafenin içərisinə daxil olan anda meydana gəlib. Birinci mühafizəçi girib və o, dərhal ölüb. İkinci Aleksandr Vladimiroviç, daha sonra DNP-nin başqa bir mühfizəçısı, ardından Gəlir və vergilər naziri Aleksandr Timofeev içəri keçib””-deyə Kozakov bildirib.

Xatırladaq ki, avqustun 31-də axşam saatlarında Donetskin mərkəzindəki “”Separ”” restoranında partlayış baş verib, nəticədə Xalq demokratik respublikasının rəhbəri Aleksandr Zaxarçenko həlak olub. DNR-in Gəlir və vergilər naziri Aleksandr Timofeev isə ciddi şəkildə yaralanıb.

Yenises.ru


Bir cavab yazın