Moskvada azərbaycanlıların restoranında kütləvi dava


Moskvada azərbaycanlıların restoranında kütləvi dava
Moskvanın cənub-şərqində, Peçatniki rayonunda yerləşən “Neolit” retoranında 100-ə yaxın adamın iştirakı ilə silahlı dava olub. Bu haqda REN TV məlumat verib.

Hadisənin baş verdiyi “Neolit” restoranına bir qrup şəxs daxil olaraq bütün müştəriləri küçəyə çıxmağa məcbur ediblər. Və sonra silahlı insident qızışıb.

Hadisənin şahidlərinin verdiyi məlumata görə münaqişədə 70-dən 100-ə qədər adam iştirak edib. Olay nəticəsində 10-a yaxın adam xəsarət alıb, onları xəstəxanaya yerləşdiriblər.

Restoran işçilərinin söylədiklərinə görə ora basqın edənlərin məqsədi restorann sahibi Yaşar Əliyevə hücum etməkmiş. Həmin gecə restoranda böyük bir tədbir planlanıbmış.

5-ci kanal-ın məlumatında davaya səbəb bir müddət əvvəl restoranı ziyarət edən bir çeçenin azərbaycanlının ünvanına təhqiramiz sözlər işlətməsi olub. Hadisənin şahidi olan bir gəncin dediyinə görə bundan sonra azərbaycanlılar təhqir edən çeçeni tapıb döyüblər.

Şahidlər kütləvi davanın çeçenin döyülməsinə cavab olduğunu ehtimal edirlər.

Restorana 100-ə yaxın çeçen gələrək qadınlardan oranı tərk etməyi tələb edib və sonra travmatik silah tətbiq etməklə kütləvi dava törədiblər.

Kafenin ziyarətçiləri polisə zəng edib və hadisənin 20-yə yaxın ən fəal iştirakçıısı saxlanılıb.

Yenises.ru


Bir cavab yazın