ABŞ-ın İrana sanksiya tətbiq etməsi Rusiya ilə münasibətini pisləşdirə bilər
ABŞ-ın İrana qarşı bir neçə sanksiyası Moskva ilə Vaşinqton arasındakı münasibətləri pisləşdirə bilər.
Amerikanın İran İslam Respublikasına münasibətində transsərhədlə ba]lı sanksiyası Moskva ilə Vaşinqton arasında gərginliyə səbəb ola bilər. Rusiya Xarici işlər naziri Aleksandr Lukaşeviçin mətbuat katibinin bəyanatı haqqında BBS Farsi informasiya agentliyi məlumat verib.
Aleksandr Lukaşeviçin sözlərinə görə Rusiya höküməti ümid edir ki, ABŞ –ın İrana qarşı ticarətdə qoyduğu məhdudiyyətlər BMT təhlükəsizlik Şurasının qadagalarını və ixracat qanunlarını pozmayan Rusiya şirkətlərinə ənğəl olmayacaq. O qeyd edib ki, ABŞ tərəfindən tətbiq olunacaq istənilən məhdudiyyət Moskva ilə Vaşinqton arasında ciddi problemə gətirib çıxara bilər.
2012-cu ildə ABŞ-da İranla işbirliyində olan Rusiya şirkətləri və təşkilatlarına qarşı məhdudiyyətlər ləğv olunmuşdu. Lukaşeviç onu da vurğulayıb ki, İrana təzyiqin gücləndirilməsi xoş nəticəyə gətirib cıxarmayacağını Rusiya tərəfi dəfələrlə bəyan edib.
/Yenises.ru/