Bolqarıstanda israilli turistlərin olduğu avtobus partladıldı
Bolqarıstanın Burqas aeroportunda terror hadisəsi baş verib. 5 nəfərin öldüyü və 20 nəfərin isə yaralandığı bildirilir.
Burqas aeroportunda İsrailli turistlrin oldugu avtobusu terrorçunun partladığı bildirilir. O başqa sərnişinlərlə birgə avtobusa minib.
Avtobus Təl-Əvivdən olan turistləri “Qlobus” mehmanxanasına aparmalı imiş. Sərnişinlər arasında çoxlu uşaq və yaşlı admların oldugu bildirilir. Hal-hazırda 5 nəfərin öldüyü və 25 nəfərin yaralandığı haqda məlumat var. Yaralılardan 5-nin vəziyyətinin şox agır oldugu da deyilir. Yaralananların hamısı yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Avtobusda cəmi 40 nəfər adam olub. İsrailliləri bir terminaldan başqa bir terminala keçirib, mühafizəni gücləndiriblər.
“Biz mehmanxana istiqamətinə gedən avtobusa mindik. Biz 4 nomrəli avtobusa minmişdik, sonra 2 nömrəli avtobusun necə partladığını və qırmızı alov dilimlərinin qalxdığını gördük ”-deyə şahidlərdən biri söyləyib. Alov bir neçə avtobusa da keçmişdi, amma onları tez söndurdulər.
Hadisədən sonra aeroportda hay-kuy düşüb. Avtobusa minən sərnişinlər pəncərələrdən tullanırdılar ki, meyidlıri ayaqlamasınlar. Hazırda adamları aeroprtdan çixardırlar. Aeroprt baglanıb. Hadisə yerində 30-dan artıq təcili yardım maşını var.
/Yenises.ru/