Əfsanəvi biznesmen və siyasətçi Fransada saxlanıldı


Əfsanəvi biznesmen və siyasətçi Fransada saxlanıldı
Fransa polisi tanınmış biznesmen, Adidas şirkətinin sahiblərindən biri olan siyasətçi Bernar Tapini saxlayıb. Bu haqda “Le Figaro” qəzeti məlumat verib. Onu “Tapi işi” adlı maaliyyə frıdaqçılığında şübhəli bilirlər. Bu işdə Beynəlxalq Valyuta Fondunun başçısı Krisitin Laqardın da adı keçir.

Söhbət 1993-cü ildə B.Tapinin Adidas şirkətindəki hissəsinin satışından gedir. o zaman anlaşmanı həyata keçirməkdən ötrü Credit Lyonnais bankının idarəçilyi ilə xüsusi konsorsium təşkil olunmuşdu. Anlaşma bitdikdən sonra B.Tapi bankı fırıldaqçılıqda suçlamış və kompensasiya tələb etmişdi.

Istintaqın rəyinə görə B.Tapiyə 2008-ci ildə 285 milyon avro (406 milyon dollar) məbləğində kompensasiya ödənməsi haqda məhkəmənin belə bir qərar çıxarmasına o zamanlar Fransanın iqtisadiyyat naziri olan K.Laqardın təsiri olub.

K. Laqard özü Fransanın iqtisadiyyat naziri kimi bu işdə iştirakını təkzib edir və B.Tapiyə dövlət büdcəsi məsrəfi hesabına kompensasiya verilməsində hər hansı rolu olmadığını bildirir.

Iyunun əvvəlində xəbər verilirid ki, “Tapi işi” üzrə France Telecom Orange telekommunikasiya şirkətinin baş direktoru Stefan Rişar saxlanılıb. Onun bu işə baxılan zaman K.Laqard kabinetinin rəhbəri olduğu deyilir. Ona qarşı “ Əvvəldən anlaşmalı fırıldaqçılıq” maddəsi ilə ittiham irəli sürülüb.

O da qeyd edilir ki, istintaqın B.Tapiyə ittiham irəli sürməsi üçün 4 günü var.

/Yenises.ru/


Bir cavab yazın