Avstraliyanın baş naziri Ukraynada Boeing-in vurulmasında Putini ittiham etdi


Avstraliyanın baş naziri Ukraynada Boeing-in vurulmasında Putini  ittiham etdi
Avstraliyanın baş naziri Toni Ebbot Rusiya prezidenti Putindən Ukraynadakı Boeing qəzasına görə üzr istəməyi və ölənlərin ailələrinə kompensasiya ödəməsini tələb edib.

Avstraliyanın The Age mətbu orqanının yazdığına görə Asiya Sakit okean iqtisadi forumunun kuluarında Putinlə Ebbot 15 dəqiqə ciddi tonla danışıblar. Avstraliyalı siyasətçi Putinə xatırladıb ki, ABŞ təyyarəni təsadüfi vuranda üzr istədi və kompensasiya ödədi.

Ebbort əmindir ki, MH17 Rusiyadan gətirilimiş raket qurgusu ilə vurlub və təyyarə düşəndən sonra geri aparılıb.

The Sydney Morning Herald qəzetinin yazdığına görə RF tərəfi avstraliyalı nazirin təklifinin müvafiq olmadığını bildirir. Ebbotun bəyanatının ertəsi günü Rusiyanın Avstraliyadakı səfiri Aleksandr Odoevski rəsmi bəyanatla çıxış edərək onu bildirib ki, Rusiya pna qarşı səsləndirilən bu ittihamı tamamilə rədd edir və qərəzsiz beynəlxalq araşdırma aparılmasına israr edir.

Səfirliyin nümayəndəsi avstraliyalı nazirin sözlərini sübut edəcək dəlili təqdim etməsini söyləyib. “Əgər onun hər hansı bir dəlili varsa, stola qoysun. Biz hələ ki, onu görməmişik””-deyə səfirlikdən məlumat verilib.

Odoevski 1988-ci ildə İranın sərnişin təyyarəsinin vurulmasının Donbass hadisəsi ilə müqayisə edilməsini də tənqid edib. Bu iki hadisəni eyniləşdirmək olmaz, çünki hazırkı situasiyada kimin günahkar olması haqda dəlil yoxdur.

Xatırladaq ki, Malaziya avioliniyasına aid olan Boeing 777 təyyarəsi 17 ilyul 2014-cü ildə Donbass üzərindən keçərkən vurulub. Həmin təyyarədə ölənlər içərisindən 27 -si Avstraliya vətəndaşı olub.

/Yenises.ru/


Bir cavab yazın