Rusiya FSB-si A321 təyyarə qəzasında “Türkiyə izi”” versiyasından imtina etdi”


Rusiya FSB-si  A321 təyyarə qəzasında "Türkiyə izi" versiyasından imtina etdi
Bortnikovun sözlərinə görə xüsusi xidmət orqanının Misirdəki təyyarə terroru araşdırmasında Türkiyə izinə rast gəlinməyib.

RF FSB idarəsi Sinay üzərində baş verən A 321 təyyərə qəzasında Türkiyə izi olmadığını bildirib.

“Biz qəzada Türkiyə izi görmürük və istintaq davam edir””-deyə Bortnikov bu gün-fevralın 16-da “”İnterfaks””ın suallarını cavablandırarkən deyib.

31 oktyabr 2015-ci il tarixdə Şərm-əl Şeyxdən Sankt-Peterburq istiqamətinə uçan “”Koqalımavia”” aviakompaniyasına məxsus A 321 təyyarəsi Sinay yarımadası üzərindən uçarkən partlamış və təyyarədə olan 224 adam ölmüşdür. 17 noyabrda Rusiya höküməti hadisəni terror olaraq qiymətləndirmişdir.

Bu hadisədən bir xeyli müddət sonra Rusiya-Türkiyə qarşıdurması fonunda Misirdən uçan təyyarədəki terror aktinda Türkiyənin əli olması iddiası ortaya atılmışdı. Və nəhayət bu gün Rusiya xüsusi xidmət idarəsi bu terror hadisəsində Türkiyə izinin olmadığını rəsmən təsdiqləyib.

/Yenises.ru/


Bir cavab yazın