5 ölkə Rusiyaya qarşı sanksiyanın müddətini uzatdı
Avropa İttifaqının ardından 5 ölkə Rusiyaya qarşı sanksiyanın müddətini artırdığı haqda AŞ-nın başçısı Federiki Mogerininin şurasının rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyanın yarım il müddətinə artırılması qərarına Çernoqoriya, Albaniya, Lixtenşteyn, Norveç və Ukrayna qoşulub.
Bundan əvvəl Avropa İttifaqının sammitində bildirilmişdi ki, Rusiyaya qarşı sanksiya tətbiq edilməyəcək. Sanksiya əlehinə İtaliyanın baş naziri Matteo Rentsi çıxış etmişdi.
Xatırladaq ki, Avropa İttifaqı şurası sentyabrın 15-də Rusiyaya qarşı sanksiyanı gələn ilin martına qədər uzatmağı qərara almışdı. Bu qərara əsasən Ukraynadakı vəziyyətdən dolayı 146 vətəndaş və 37 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.
/Yenises.ru/