Utra.ru saytı İctimai Tv-nin qarşısındakı piketdən yazdı
Utra.ru saytı İctimai Tv-nin qarşısındakı piketindən yazdı
İctimai televiziyasının binası qarşısında ölkədə azad sözün vəziyyətindən narazı olan hüquq mudafəçiləri piket keçiriblər. Yayım korporasiyası-«Avroviziya» müsabiqəsinin təşkilatçılarının və indi Bakıda olan çoxsaylı xarici müxbirlərin bu hadisə diqqətini cəlb edib.
Polislər hüquq müdafiəçilərinin niyyətini bildiyindən, əvvəlcədən İctimai Tv-nin binasına yaxınlaşmamq üçün oranı muhasirəyə aliblar. Buna baxmayaraq, “İctimai Palata” ətrafında birləşən piketçilər mitinq keçirtməyə cəhd ediblər, lakin asayiş keşikçiləri aktivləri saxlayıb və “İctimai Tv- ictimaiyyətin televiziyasıdır, dövlətin yox”, “Muxalifətə-efir vaxti” yazılan plakatları cırıblar.
“Azadlıq” radiosu xəbır verir ki, bir neçə müxalifət nümayəndələri mitinq başlamazdan əvvəl saxlanılıb, onları düz evlərindən götürüblər. Polisin ümumilikdə 30-yaxın adamı, o cümlədən “Müsavat” partiyasının iki müxalifətçi deputatını saxladığı bildirilir. Asayiş keşikçiləri bu hərəkətlərini piketin icazəsiz keşirildiyi ilə izah ediblər.
Amnesty International hüqüq müdafiəçiləri xatirladırlar ki, Azərbaycan höküməti vəd edib, Bakıda “Avroviziya” musabiqəsinin keçirilməsi ölkədəki insan haqları durumunun yaxşılaşmasına gətirəcək. Amma “ Beynəlxalq KİV-in diqqəti belə şəhər polisinin sakit etiraz aksiyası keçirənlərlə kobud rəftarına mane olmayıb ”. Bunlar Avropa və Mərkəzi Asiyada Amnesty International proqramının direktoru Jon Dalhoyzenin bəyanatında deyilir.
“Azərbaycan höküməti Bakının mərkəzində etiraz aksiyası keçiriləsinə qoyduğu qadaganı dərhal götürməli və insan haqlarını pozan günahkar polislər məsuliyyətə cəlb edilməlidir”-deyir Dalhozen. Hələ ki, müxalifətə Azərbaycan paytaxtının kənarında yıgıncaq keçirməyə icazə verilir-deyə yazır utra.ru saytının müxbiri.
/Yenises.ru/